AccessBank
Ana səhifə
/
/
/
Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas

Mikro və İstehlak Kreditlər üzrə Kiçik Hüquqşünas

  • AccessBank
  • 3 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

07-10-2024

1.9K

Bağlanılıb

Təsvir


  • Bankın Məhkəmə icraatında olan işləri (problemli kreditlər üzrə) ilə bağlı məhkəmə və əlaqəli dövlət orqanları ilə ünsiyyətdə olmaq;
  • Mikro və İstehlak Kreditləri üzrə ödənilməmiş borcların qaytarılması məsələləri ilə əlaqədar məhkəmə instansiyalarında təşkilatın maraqlarını təmsil etmək;  
  • İddia ərizələrin,məhkəmə aktlarından şikayətlərin vaxtında hazırlamaq;
  • İcraatında olan işləri tam nəzəratdə saxlamaq,işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək,icraatında olan işlərdən tam məlumatlı olmaq;
  • Bankda keçirilən iclaslarda və müşavirələrdə iştirak etmək;
  • Məlumatlar bazasını hazırlamaq – görülmüş işlər haqqında məlumatları müvafiq bazaya daxil etmək; 
  • Zəruri əmək şəraitinin və kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaradılmasına kömək etmək; əmək intizamına riayət etmək;
  • Bankın fəaliyyəti və müştəriləri haqqında kommersiya sirri rejiminə riayət etmək;
  • Verilmiş etibarnaməyə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində Bankı təmsil etmək;
  • “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının (çirkli pulların yuyulmasının) və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanununa, eləcə də cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının (çirkli pulların yuyulmasının) və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması ilə əlaqədar “AccessBank” QSC-nin daxili siyasətinə riayət etmək;
  • Şöbə Rəhbəri tərəfindən verilən əmək funksiyaları çərçivəsində iş üçün zəruri olan tapşırıqları icra etmək.



Tələblər

  • Ali Hüquq təhsili;
  • Həmin sahədə minimum 6 ay təcrübə;
  • Azərbaycan dilini mükəmməl, ingilis dili arzuolunandı;
  • Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
  • Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Komandada işləmək bacarığı və istəyi.


Vakansiya haqqında

Son tarix

oktyabr 9, 2024

Paylaşılıb

oktyabr 7, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə