Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru(Bakı Limanı)

3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri və xidmət üzrə elektrik montyoru(Bakı Limanı)

Bu gün

54

Təsvir

  • Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətinin həyata keçirilməsi;
  • Elektrik avadanlıqlarının istismarı və saz vəziyyətdə saxlanılması;
  • Elektrik sxemlərinin, texniki çertyojların və istismar təlimatlarının oxunması və tətbiqi;
  • Nasazlıqların vaxtında aşkar edilməsi və aradan qaldırılması;
  • Profilaktik baxışların və planlı texniki xidmət işlərinin icrası;
  • Elektrik təhlükəsizliyi, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət edilməsi;
  • Ölçmə cihazları ilə gərginlik, cərəyan və müqavimətin yoxlanılması;
  • Avadanlıqların düzgün istismarı barədə qeydlərin və hesabatların aparılması.

Tələblər

Bilməlidir:

  • Elektrik avadanlıqlarının quruluşunu və iş prinsipini;
  • Elektrik avadanlıqlarının istismar və təmir qaydalarını;
  • Elektrik sxemlərini, texniki çertyojları və şərti işarələri oxumağı;
  • Elektrik təhlükəsizliyi qaydalarını və mühafizə vasitələrinin istifadəsini;
  • Gərginlik siniflərini və ölçmə metodlarını;
  • Ölçmə cihazlarının (multimetr, meqaommetr və s.) istifadə qaydalarını;
  • Elektrik kabelləri, naqillər, açarlar, avtomatlar və qoruyucu qurğuların təyinatını;
  • Qısaqapanma, yüklənmə və sızma cərəyanlarının səbəblərini;
  • Yanğın təhlükəsizliyi və fövqəladə hallarda davranış qaydalarını;
  • Avadanlıqların texniki baxış və profilaktik xidmət cədvəllərini.

Vakansiya haqqında

Son tarix

February 26, 2026

Paylaşılıb

fevral 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Digər

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Servislə təmin olunur
  • Avadanlıq ilə təminat