Avtoyükləyicilərin saz vəziyyətdə istismara buraxılmasına, təmir və profilaktik xidmət işlərinin və hesabatlarının aparılmasına nəzarət etmək;
Yükqaldırıcı maşınlara aid olan yüktutucu hissələrin, vasitələrin və ləvazimatların hazırlanmasını təmin etmək;
Statistik məlumatlara əsaslanaraq ehtiyat hissələri bazasının yaradılmasının təşkilində iştirak etmək;
Avtoyükləyicilərdə yaranan nasazlıqların diaqnostikasını həyata keçirmək, nasazlığın səbəbini müəyyən etmək və aradan qaldırılmasını təmin etmək;
Mühərrik, transmissiya, hidravlik sistem, əyləc sistemi, sükan sistemi və digər mexaniki hissələrin texniki vəziyyətini yoxlamaq və təmirini həyata keçirmək;
Planlı texniki xidmət qrafiklərinə uyğun olaraq texniki baxış və profilaktik təmir işlərini yerinə yetirmək;
Təmir zamanı istifadə olunan ehtiyat hissələri və materiallar barədə məlumatların uçotunu aparmaq;
Təkrarlanan nasazlıqları müəyyən etmək və onların qarşısının alınması üzrə təkliflər vermək;
Texnikanın təmirdən sonra sınaqdan keçirilməsində və istismara buraxılmasında iştirak etmək;
Görülmüş təmir və texniki xidmət işlərini müvafiq sistemdə/jurnalda qeyd etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali təhsil (logistika, nəqliyyat, mühəndislik və ya digər müvafiq ixtisaslar üzrə təhsil arzuolunandır).
Bilməlidir:
Texniki sxem və təmir təlimatlarını oxuma bacarığı;
Dizel mühərrikləri, transmissiya və hidravlik sistemlər üzrə praktiki bilik;
Maşın və mexanizmlərin ehtiyyat hissələrinə və onların texniki göstəricilərinə dair biliklər;
İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipi, texniki və konstruktiv xüsusiyyətlərinə dair biliklər.