Azərbaycan Dəmir Yolları

Baş mexanik (Bakı Limanı)

Bu gün

172

Təsvir

  • Gəminin gövdə, güc qurğuları, mexanizm və texniki avadanlıqlarının təhlükəsiz istismarını təmin etmək;
  • Texniki xidmət və təmir işlərini planlaşdırmaq, icrasına və keyfiyyətinə nəzarət etmək;
  • Texniki heyətin fəaliyyətini və iş bölgüsünü təşkil etmək;
  • Gəmi və avadanlıqların texniki yoxlanışını və Təsnifat Cəmiyyətinin tələblərinə uyğunluğunu təmin etmək;
  • Ehtiyat hissələri, yanacaq, sürtkü materialları və digər texniki resursların təminatına və istifadəsinə nəzarət etmək;
  • Texniki nasazlıqlar və risklər barədə kapitanı məlumatlandırmaq, qabaqlayıcı tədbirlər görmək;
  • Texniki istismar və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmə.

Tələblər

Təhsil səviyyəsi: Ali təhsil


Təcrübə: Müvafiq istiqamət üzrə 5 il


Tələb olunan sertifikatlar:

  • Baş mühərriklərinin ümumi gücü 750 kVt-dan az olmayan gəmilərdə baş mexanik sertifikatı (diplomu);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat;
  • Gəmidə ilk tibbi yardım;
  • Yanğınla mübarizə geniş proqram üzrə;
  • Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis;
  • Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı;
  • Liderlik və birgə iş fəaliyyəti;
  • 1000 volt və artıq olan gərginlik sistemlərinin təhlükəsiz istismarı və onlara texniki nəzarət;
  • Əmniyyətli idarəetmə haqqında beynəlxalq məcəllə.   

Vakansiya haqqında

Son tarix

December 13, 2026

Paylaşılıb

noyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər

İmtiyazlar

  • Nəqliyyat xidməti
  • Nahar təminatı