Azərbaycan Dəmir Yolları

Baş texnoloq

Bu gün

17

Təsvir

  • Dəmir yolu şəbəkəsinin əsas istismar parametrlərinin müəyyən edilməsi;
  • Qatarların hərəkəti əməliyyatlarının icrası üçün stansiyaların texniki elementlərinin yerləşmə yerlərinin və gücünün müəyyən edilməsi;
  • Hərəkət qrafikinin optimallaşdırılması (buraxıcılıq qabiliyyəti, vaqon dövriyyəsi);
  • Texnoloji normativlərin formalaşdırılması və səmərəliliyin artırılması çərçivəsində vaqonların boşdayanma və dövriyyə müddətini, eləcə də yüklərin yolda qalma vaxtının azaldılması, çatdırılma sürətinin artırılması üzrə təhlillərin aparılması və təkliflərin hazırlanması;
  • Yüklənmiş sahələr və aşağı emal gücünə malik stansiyalar üzrə “dar boğazların” təhlili və aradan qaldırılması, həmçinin Lean, Six Sigma və TCO kimi səmərəlilik yanaşmalarının tətbiqi;
  • Stansiya texnologiyalarının idarə olunması çərçivəsində qovşaq və limanlarla əlaqəli stansiyalar (o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Biləcəri çeşidləmə stansiyası və dəmir yollararası keçidlər) üzrə çeşidləmə, yük, limanətrafı və sərhəd stansiyalarının fəaliyyət texnologiyasının hazırlanması, manevr işlərinin və qatarların formalaşdırılmasının optimallaşdırılması, həmçinin qatar tərkiblərinin emalı və yükləmə-boşaltma əməliyyatları üzrə normativlərin müəyyən edilməsi;
  • Proseslərin normalaşdırılması və standartlaşdırılması çərçivəsində texnoloji reqlamentlərin hazırlanmasını və unifikasiyasını təmin edilməsi, vaqon dövriyyəsi, emal müddəti, qatarların formalaşdırılma sürəti, çatdırılma sürəti və yük əməliyyatlarının sürəti üzrə səmərəlilik göstəricilərinin müəyyən edilməsi, şəbəkə üzrə vahid standartların tətbiqi və texnoloji intizama riayət olunmasına nəzarət edilməsi;
  • Əməliyyatların effektiv və fasiləsiz icrasını təmin edilməsi məqsədilə dispetçer mərkəzi ilə daşımalar texnologiyasının reallaşdırılması, infrastruktur blokunun şəbəkə konfiqurasiyası, onun məhdudiyyətləri və buraxılış imkanları, lokomotiv təsərrüfatı ilə dartı sahələrinin təşkili, lokomotiv və briqada dövriyyəsinin uzlaşdırılması, kommersiya bloku ilə müştəri tələblərinin təmin olunmasının əlaqələndirilməsi və proseslərinin rəqəmsallaşdırılmasının təşkili;
  • Rəqəmsallaşdırma və analitika istiqamətində data əsaslı idarəetməni tətbiq etməklə rəqəmsal əkizlərin, axınların modelləşdirilməsi və nəzarət sistemlərinin qurulmasını təmin edilməsi, böyük data analizi əsasında gecikmələri və infrastruktur yüklənməsinin təhlil edilməsi və data əsaslı qərarların verilməsi;
  • Vaqon dövriyyəsi, yük qatarlarının orta sürəti, lokomotiv dövriyyə müddəti, stansiyalarda dayanma vaxtı, hərəkət qrafikinin icra səviyyəsi və sahələr ilə keçidlərin buraxıcılıq qabiliyyəti kimi əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və monitorinqinin təmin edilməsi.


Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil (nəqliyyat, logistika, dəniz mühəndisliyi, sənaye mühəndisliyi və ya oxşar texniki sahələr)
  • İş təcrübəsi: Yük əməliyyatları, logistika və ya nəqliyyat sahəsində ən azı 5 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə ən azı 5 il təcrübə;
  • Yük əməliyyatları və texnoloji proseslər üzrə dərin biliklər;
  • Yük növləri üzrə əməliyyat xüsusiyyətləri (bulk, container, RO-RO, project cargo və s.);
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Problemlərin strukturlaşdırılmış həlli bacarığı;
  • Liderlik və dəyişikliklərin idarə olunması;
  • Çoxşaxəli maraqlı tərəflərlə effektiv koordinasiya və kommunikasiya;
  • Qərarvermə və məsuliyyət götürmə bacarığı;
  • Təzyiq altında işləmə və prioritetləşdirmə bacarığı;
  • Nəticəyönümlülük.

Vakansiya haqqında

Son tarix

April 29, 2026

Paylaşılıb

aprel 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər