Biznes tələblərinə uyğun interaktiv hesabatların hazırlanması;
Məlumatların toplanması, təmizlənməsi, analizi və şərh edilməsi;
DWH, ML/AI və Data Science layihələrinin inkişafında iştirak;
Şöbələrarası layihələri koordinasiya etmək, texniki tələbləri biznes dilinə çevirmək prosesini təmin etmək;
Biznes problemlərini həll etmək üçün statistik təhlil, data mining və proqnozlaşdırıcı modelləşdirmə üsullarını tətbiq etmək və əldə edilən nəticələri qərarvermə prosesinə inteqrasiya etmək.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali (Riyaziyyat, Statistika, İT, Kompüter Elmləri, İqtisadiyyat, Mühəndislik və.s)
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
Bilməlidir:
SQL (məlumatların çıxarılması və transformasiyası), Python (pandas, numpy, scikit-learn və s.), BI alətləri (Power BI, Tableau və ya oxşarı) üzrə biliklər;
Data warehouse konsepsiyaları (star schema, ETL/ELT), statistika (təsviri statistika, ehtimal nəzəriyyəsi, hipotez yoxlanması, reqressiya analizi) və ML/AI əsasları üzrə nəzəri biliklər;
AI Tətbiqi & Prompt Engineering: Böyük Dil Modelləri (LLM) ilə iş, effektiv sorğu dizaynı və AI alətlərinin praktiki tətbiqi;
MS Office (Excel, PowerPoint) üzrə işlək bilik;
Git və ya versiya idarəetmə sistemlərindən istifadə bacarığı üstünlükdür;
Təchizat zənciri, logistika və nəqliyyat əməliyyatları sahəsində məlumatların idarə olunması təcrübəsi üstünlük hesab olunur;
Məlumatların idarə olunması üzrə əsas metodologiyalar, eləcə də qabaqcıl və səmərəli praktikalarla tanışlıq;
Korporativ mühitdə hesabatlıq və sənədləşmə qaydaları;