Azərbaycan Dəmir Yolları

Böyük analitik (İT üzrə)

05-06-2026

778

Hibrid

Təsvir

  • Biznes tələblərinin müəyyənləşdirilməsi və onların rəqəmsal layihələr çərçivəsində funksional tələblərə çevrilməsi məqsədilə layihənin maraqlı tərəfləri ilə sıx əməkdaşlıq etmək;
  • Prosesin təkmilləşdirilməsi imkanlarını müəyyən etmək üçün layihə məlumatlarını və performans göstəricilərini təhlil etmək;
  • Layihələr üzrə tələb və məlumatların toplanması məqsədilə çarpaz funksional komandalar arasında görüşlərin təşkili və idarə olunmasını təmin etmək;
  • Layihənin planlaşdırılması və icrasını dəstəkləmək üçün istifadə hallarını, istifadəçi hekayələrini və digər layihə artefaktlarını hazırlamaq;
  • Layihə çərçivəsində yaranan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və həlli üçün layihə menecerləri, proqramçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Layihənin vəziyyəti və gedişatının görünməsini təmin etmək üçün layihə tablosunu və hesabat şablonlarını hazırlamaq üçün rəqəmsal PMO komandası ilə işləmək, layihə sənədlərinin aktual olmasını və layihənin həyat dövrü ərzində düzgün saxlanmasını təmin etmək;
  • AI köməkçi alətlərindən (Claude, ChatGPT, GitHub Copilot, Cursor və s.) sistemli istifadə edərək tələblərin sənədləşdirilməsini, prototipləməni və proqram təminatının inkişafını sürətləndirmək, komandaya bu sahədə mentorluq etmək;
  • Generativ AI və böyük dil modelləri (LLM) əsaslı həllər üçün biznes ssenarilərini müəyyən etmək, dizayn (prompt engineering, RAG, agent arxitekturası) və qiymətləndirmə (eval) çərçivələrini qurmaq;
  • Versiya idarəetməsi (Git/GitHub), API testləşdirməsi (Postman/Swagger), CI/CD və əsas DevOps prinsipləri üzrə tərtibatçı komandası ilə texniki səviyyədə əməkdaşlıq və solution review aparmaq;
  • Low-code/no-code platformalar (n8n, Make, Zapier) və AI inteqrasiyaları ilə MVP, daxili alət və end-to-end avtomatlaşdırma həllərinin arxitekturasını qurmaq və icrasını rəhbərlik etmək;
  • SQL sorğuları və Python skriptləri vasitəsilə mürəkkəb verilənləri təhlil etmək, hesabatları və analitik dashboard-ları avtomatlaşdırmaq və data-driven qərarvermə üçün təşkilati səviyyədə dəstək vermək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə ali;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • İngilis və Rus dilləri üzrə yaxşı səviyyədə biliklər;
  • Layihə və ya proqram idarəetmə metodologiyaları, alətləri və texnikaları haqqında dərin praktiki biliklər;
  • Generativ AI və böyük dil modelləri (LLM) ilə dərin iş, prompt mühəndisliyi, kontekst dizaynı və qiymətləndirmə bacarığı;
  • AI agent iş axınları, multi-agent orkestrasiya və LLM platformaları (n8n, Make, LangChain, LangGraph) üzrə biliklər;
  • RAG (Retrieval-Augmented Generation), embeddings və vector verilənlər bazaları haqqında praktiki biliklər;
  • SQL üzrə yüksək səviyyə (mürəkkəb JOIN, CTE, window functions, performance tuning) biliklər;
  • Python (skript yazma, pandas, REST API integration) və data manipulyasiyası üzrə iş;
  • REST API, JSON, webhook və əsas API arxitekturası dizaynı üzrə praktiki biliklər;
  • Git/GitHub ilə versiya idarəetməsi, branching strategy və code review təcrübəsi;
  • AI tənzimləməsi və idarəetməsi (EU AI Act, NIST AI RMF, ISO/IEC 42001) üzrə anlayış;
  • Analitik düşüncə, detallara qarşı diqqətlilik, Güclü ünsiyyət və koordinasiya bacarığı.

Vakansiya haqqında

Son tarix

June 15, 2026

Paylaşılıb

iyun 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik