Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Böyük Elektrik mexaniki (Biləcəri)

Böyük Elektrik mexaniki (Biləcəri)

Bu gün

79

Təsvir

  • İş rejimi: Gündəlik
  • Briqadaya rəhbərlik etmək;
  • Qoyulmuş qaydaya əsasən dartı yarımstansiyanın avadanlıq və qurğularına, seksiyalanma postlarına mütəmadi baxışlar keçirmək, cari təmir etmək;
  • İllik plana uyğun olaraq yarımstansiyanı gücləndirmək üçün əsaslı təmir işləri aparmaq;
  • Kontakt şəbəkəsinin və avtobloklamanın elektrik enerjisi ilə təchizatını təşkil etmək;
  • Briqadaya təlimat keçmək və texnologiyaya riayət edilməsinə nəzarət etmək;
  • Elektrik enerjisindən yarımstansiyanın öz ehtiyacları üçün qənaətlə sərf edilməsini təmin etmək;
  • İşçilər tərəfindən əməyin mühafizəsi norma və qaydalarına, təhlükəsizlik texnikası və istehsalat sanitariyasına riayət edilməsinə nəzarət etmək;
  • Texniki təhlükəsizlik qaydalarına müvafiq olaraq qoruyucu vasitələri yoxlamaq və sınaq edilməsini təmin etmək;
  • Dartı yarımstansiya rəisi işdə olmadıqda onu əvəz etmək;
  • Növbətçi heyətin məzuniyyətləri və xəstəlikləri zamanı növbəyə çıxmaq;
  • Dartı yarımstansiyanın avadanlıq və qurğularının düzgün istismarını, təhlükəsiz xidmətini təşkil etmək;


Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə Ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il
  • Yarımstansiyanın elektrik təchizatı sxeminə və şərtlərinə dair biliklər
  • Yanaşı yarımstansiyalar daxilində kontakt şəbəkənin qidalanma və seksiyalanma sxeminə dair biliklər
  • Stansiyanın quruluşu, bir xəttli və quraşdırılma sxemləri, idarəetmə sxemləri, avadanlıqların avtomatlaşdırma və mühafizə sxemlərinə dair biliklər
  • Dartı yarımstansiyanın xüsusi sərfiyyat sxemləri
  • Dartı yarımstansiya qurğularının, avadanlıqlarının və seksiyalanma postlarının xidməti üzrə texniki xüsusiyyətləri və təlimatları

Vakansiya haqqında

Son tarix

April 7, 2025

Paylaşılıb

mart 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat