Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Böyük elektrik mexaniki (H.Z.Tağıyev)

Böyük elektrik mexaniki (H.Z.Tağıyev)

Bu gün

61

Təsvir

  • Rabitə qurğularının, generatorların və kommutasiya qurğularının işinə nəzarət etmək;
  • Akkumlyatorlara texniki xidməti təmin etmək;
  • Yerli rabitədə abunəçilərin telefonlarını və kabelləri saz vəziyyətdə saxlanmasını nəzarətdə saxlamaq;
  • Zədələnən və ya izolyasiya müqaviməti aşağı düşən kabellərin dəyişdirilməsi işində iştirak etmək;
  • Rabitənin dayaq kanalların yoxlanması, tezliklərin tənzimlənməsi və gücləndiricilərin yoxlanılması işini yerinə yetirmək;
  • Operativ texnoloji rabitənin vəziyyətinə daim nəzarət etmək;
  • Hava rabitə xəttlərinin tezliklərinin ölçülməsi və lazım gəldikdə tənzimlənməsi işini icra etmək;
  • Tabeçiliyindəki işçiləri əməyin mühafizəsi üzrə təlimatlandırmaq, fərdi mühafizə vasitələri ilə təmin olunmasını təşkil etmək;
  • Rəhbərlik tərəfindən verilən əmr, sərəncam və teleqraf göstərişlərini tabeçiliyindəki işçilərə tanış etmək və fəaliyyəti sahəsində icrasını təşkil etmək.

Tələblər

  • Təhsil: Ali ixtisas (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 il;
  • Elektrik avadanlıqları, ölçmə cihazları və s. elektrik-texniki avadanlıq və qurğularla işləmək bacarığı;
  • İstismar oluna bilən cihazları bilmək, onların nasazlıqlarını təmin etmək, həmçinin cihazları təmir etmək quraşdırmaq və sazlaya bilmək bacarığı;
  • Güc ötürmə sxemləri və siqnalizasiya sxemləri;
  • Əsas zərər növləri və onların aradan qaldırılması yolları;
  • Cihaz və avadanlıqların, avtomatlaşdırma və rabitə vasitələrinin yeni prototipləri üçün sxematik diaqramların tərtib edilməsi qaydası;
  • Avadanlıqların texniki istismarı qaydaları;
  • Əl alətləri ilə işləmək bacarığı;
  • Diqqətlilik;
  • Problem həlletmə;
  • Nəticəyönümlülük.

Vakansiya haqqında

Son tarix

December 7, 2025

Paylaşılıb

oktyabr 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat