Azərbaycan Dəmir Yolları

Böyük mütəxəssis

Dünən

225

Təsvir

  • Birbaşa rəhbərinin icrası, imzası və vizası üçün daxil olmuş bütün sənədlərin düzgünlüyünü təmin etmək, o cümlədən onların aidiyyəti sənədlərlə və məlumatlarla əlaqəli şəkildə yoxlanılmasını həyata keçirmək, zəruri vizaların təmin olunmasına nəzarət etmək;
  • İcra edilmiş və imzalanmış sənədlərin aidiyyəti şöbəyə ötürülməsini təmin etmək;
  • Birbaşa rəhbəri tərəfindən verilmiş tapşırıqları aidiyyəti üzrə struktur bölmələrə çatdırmaq, tapşırıqların icra statuslarını izləmək;
  • Birbaşa rəhbərinin iş qrafikinə uyğun iş planını (görüşlər, qəbullar və s.) hazırlamaq və təmin etmək;
  • Birbaşa rəhbərinin sədri olduğu komissiyaların, işçi qrupların fəaliyyətinin təşkili üzrə tapşırıqları yerinə yetirmək, hesabatlılığa nəzarət etmək;
  • Birbaşa rəhbəri tərəfindən keçirilən qəbulların və görüşlərin zəruri hazırlığını, o cümlədən, lazım olan materialların yığılması, arayış və təqdimatların hazırlanması, iştirakçılara yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatların verilməsi işlərini həyata keçirmək;
  • Birbaşa rəhbərinə ünvanlanan müraciətlərin, sorğuların və şikayətlərin qanunvericiliyə uyğun olaraq araşdırılması və müvafiq qaydada cavablandırılmasının təmin edilməsi;
  • Aidiyyəti fəaliyyət istiqamətləri üzrə dövri hesabatların, təhlillərin və arayışların hazırlanmasının, yenilənməsinin, müqayisəsinin və təqdim olunmasının icrasını təmin etmək;
  • Birbaşa rəhbəri üçün lazım olan məlumatları ADY-nin struktur bölmələrindən və icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək, təhlil etmək və məlumatların təqdim edilməsini təmin etmək;
  • Birbaşa rəhbərə təqdim edilən arayışların, hesabatların, təqdimatların və s. məzmununun və formatının düzgünlüyünü yoxlamaq, ehtiyac olduğu təqdirdə düzgünlüyünü təmin etmək;
  • Aidiyyəti fəaliyyət istiqamətləri üzrə dövlət qurumları, özəl müəssisə və təşkilatlarla işgüzar əlaqələr qurmaq və işgüzar görüşlərdə ADY-ni təmsil etmək;
  • Birbaşa rəhbərinin iştirak etdiyi səfərlərin, görüşlərin, tədbirlərin təşkilini təmin etmək və xronologiyasını aparmaq;
  • Fəaliyyət istiqamətləri üzrə birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.

Tələblər

Təhsil pilləsi: Ali (Hüquq ixtisası üzrə)

Tələb olunan sahə üzrə əmək stajı: 3 il

Dil bacarıqları: İngilis, rus (yaxşı səviyyədə)

Rəqəmsal bacarıqlar: MS Word, MS Excel, MS PowerPoint, MS Outlook, MS PowerBI

Funksional səriştələr: Analitik düşüncə, Əməkdaşlıq, Planlaşdırma, Problem həll etmə, Peşəkar ehtiyatlılıq

Vakansiya haqqında

Son tarix

July 5, 2025

Paylaşılıb

iyul 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq

Oxşar vakansiyalar