Azərbaycan Dəmir Yolları

Böyük operator/Operator

Bu gün

183

Təsvir

  • Defektoskop arabası ilə relslərdə olan qüsurları aşkar etmək; Aşkar olunan qüsurları ətraflı araşdırmaq və təsnifatını aparmaq, onların qeydiyyatı və qatarların hərəkət təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək;
  • Defektoskopları və qidalanma mənbələrini texniki baxışdan keçirərək işlək vəziyyətdə saxlamaq;
  • Pəncəli boltları, yüksək davamlı milləri (mıxları), qoruyucu künclük və tirləri, tənzimləyici cihazları nəzarətdə saxlamaq;
  • Cihaz və əyani baxış keçirməklə defektoskop arabasının elementlərində olan çatışmazlıqları aşkar etmək;
  • Yoxlama dalanında arabanın axtarış sisteminin həssaslığını və iş qabiliyyətini yoxlamaq, sazlamaq və tənzimləmək;
  • Defektoskop arabasının təmirində iştirak etmək;
  • Relslərin, rels qaynaq qovşaqlarının və yol ayırıcı qurğuların elementlərinin vəziyyətinə bütün növ defektoskopiya vasitələrindən istifadə etməklə müəyyən edilmiş dövri tərtib edilmiş cədvələ uyğun olaraq nəzarəti həyata keçirmək.
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil: Ümumi
  • İş stajı: Müvafiq sahə üzrə azı 1 il;
  • Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları;
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı;
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat;
  • 05/S Dəmir yolunun cari saxlanması təlimatına dair biliklər.

Vakansiya haqqında

Son tarix

May 4, 2025

Paylaşılıb

aprel 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat