Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Dartı yarımstansiya rəisi (Elektrik təchizatı xidməti) Qala qəsəbəsi

Dartı yarımstansiya rəisi (Elektrik təchizatı xidməti) Qala qəsəbəsi

06-12-2024

708

Bağlanılıb

Təsvir

  • Dartı yarımstansiyada avadanlıqların texniki xidmətini və təmirini təşkil etmək;
  • Təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə və sağlam iş şəraitinin təmin edilməsinə nəzarət etmək;
  • İş sifarişlərini tərtib etmək;
  • Təhlükəsizlik texnikası üzrə təlimlər keçirmək və müəyyən edilmiş texnologiyanı həyata keçirmək;
  • İşçilərin əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Avadanlıqların, qoruyucu və yanğınsöndürmə vasitələrinin vəziyyətinə, onların vaxtında doldurulmasına, sınaqdan keçirilməsinə və təmirinə nəzarət etmək;
  • Quraşdırılmış avadanlıqların gücündən səmərəli istifadəni təmin etmək;
  • Dartı yarımstansiyada avadanlıq və cihazların nasazlığının qarşısının alınmasında, onlara texniki xidmət göstərilməsində, texnologiyanın təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • Ehtiyat hissələrinin və materialların mövcudluğunu daim nəzarətdə saxlamaq;
  • Dartı yarımstansiyalara texniki qulluq üzrə vəzifələr və qaydalar haqqında biliklərin tədrisini və dövri sınaqdan keçirilməsini təşkil etmək;
  • Dartı yarımstansiyada xidmət göstərən personalın texniki və iqtisadi idarə edilməsini təmin etmək;
  • Gündəlik iş rejimi.

Tələblər

  • Təhsil səviyyəsi: müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi: müvafiq sahə üzrə ən az 3 il;
  • Elektrik qurğu və cihazlarının istismarına dair təlimatlara və digər normativ aktlara dair biliklər;
  • Avtobloklama sisteminin və digər istehlakçıların enerji təchizatı sxeminə dair biliklər;
  • Dartı yarımstansiyanın bir xətli sxeminə dair biliklər;
  • Texniki istismar və Texniki təhlükəsizlik qaydaları;
  • Yanğından mühafizə və şəxsi gigiyena qaydaları;
  • Elektrik qurğularının sxemlərinə dair biliklər;
  • Resursların idarə edilməsi;
  • Başqalarını inkişaf etdirmə;
  • İşin idarə edilməsi və ölçülməsi;
  • Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).

Vakansiya haqqında

Son tarix

dekabr 19, 2024

Paylaşılıb

dekabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat