Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
DevOps üzrə böyük mütəxəssis

DevOps üzrə böyük mütəxəssis

Bu gün

37

Təsvir

  • Əməliyyat avtomatlaşdırma proseslərini həyata keçirmək (sınaq, istifadəyə verilmə, xəbərdarlıq);
  • Xidmətlərin cari həcminə edilən hər hansı dəyişiklik və ya əlavələrdən xəbərdar olmaq üçün müvafiq departamentlərlə (biznes, layihə ofisi, infrastruktur, həll) sıx əməkdaşlıq etmək;
  • Təkmilləşdirmələri müəyyən etmək və prioritetləşdirmək üçün tendensiyaları təhlil etmək məqsədilə xidmət performansının müvafiq qaydada ölçülməsi və hesabatın hazırlanması, istifadəsi və əlçatanlığını təmin etmək;
  • Aidiyyəti üzrə verilən tapşırıqları icra etmək; 
  • Xidmət göstərilməsinin biznes və əməliyyat standartlarına cavab verməsini təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • Linux server əməliyyat sistemlərin idarə edilməsi üzrə nəzəri biliklər;
  • Verilənlər bazası sistemləri idarə edilməsi üzrə nəzəri biliklər; 
  • İstənilən virtualizasiya texnologiyası ilə işləmə bacarığı;
  • Mikroservislərin arxitekturasını başa düşmə və mikroservislərin dokerləşdirilməsi;
  • Ümumi ƏS arxitekturası üzrə biliklər;
  • “Linux” ƏS distributivi üzrə praktiki biliklər;
  • Cloud Architecture, Micro Service dizaynı, arxitektor və texnologiyalar sahəsində nəzəri-praktiki biliklər;
  • Devops & Agile metodologiyası və funksional komandalararası iş üzrə nəzəri-praktiki biliklər;
  • Linux sistemlərinin administrasiyası bilikləri;
  • Docker və Kubernetes arxitekturası, CI/CD və GitOps prinsipləri, GitLab CI/CD, ArgoCD, Helm və Kustomize, Ansible, Prometheus, Grafana, Elastic Stack və Loki; HAProxy/Nginx, HashiCorp Vault; MinIO/S3, Longhorn/CSI, Kafka/message broker, şəbəkə əsasları (TCP/IP, DNS, VLAN, routing, firewall), TLS/SSL və informasiya təhlükəsizliyi prinsipləri üstünlükdür;
  • Helm və Kustomize ilə iş təcrübəsi, GitOps/ArgoCD təcrübəsi, HashiCorp Vault üzrə praktiki bilik, Kafka və digər message broker sistemləri ilə təcrübə, NFS/CIFS storage inteqrasiyaları, Service Mesh (Istio və ya Linkerd), DevSecOps və security scanning alətləri (Trivy, Snyk, SonarQube və s.) ilə iş, RHCSA, CKA, CKAD və digər müvafiq sertifikatların olması üstünlükdür.

Vakansiya haqqında

Son tarix

September 30, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik