Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Ekologiya və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis

Bu gün

32

Təsvir

  • Azərbaycan Respublikasının - Ətraf mühitin mühafizəsi sahəsində qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Cəmiyyətin Nizamnaməsini, Cəmiyyətin İdarə Heyətinin qərarlarını Cəmiyyət sədrinin əmr, qərar, göstəriş və sərəncamlarını rəhbər tutaraq işini icra etmək;
  • Departamentin struktur qurumlarında ətraf mühitin mühafizəsi sahəsi üzrə daimi nəzarəti təmin etmək;
  • Ətraf mühitin mühafizəsi sahəsində rəsmi statistik hesabatların struktur qurumlar üzrə işlənib müvafiq qayda üzrə təsdiq edilərək yönləndirilməsini təmin etmək;
  • Departamentin ətraf mühitin mühafizəsi üzrə illik və perspektiv planların, tədbirlərin işlənməsinin təmin etmək;
  • Departamentin ərazisində yerləşən yaşıllıqların müvafiq qaydada inventarizasiyası və nəticələrinin ümumiləşdirilərək siyahıya alınmasını təmin etmək;
  • Şöbə üzrə vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı departament müdirinin, şöbə müdirinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək; 
  • Departamentin qurumlarının bölmələrində ətraf mühitin mühafizəsi vəziyyətini yoxlamaq, qanunvericilik və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq haqqında vəzifəli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək; ƏTMMD sahəsində təsdiq olunmuş formalı aylıq inspeksiyaların hər ay müəyyən edilmiş müddətdən gec olmayaraq struktur qurumlar tərəfindən aparılaraq ƏTMMD-yə təqdim edilməsinə nəzarət etmək;
  • Departamentin struktur vahidləri üzrə ekoloji normativ sənədləri hazırlamaq;
  • Ətraf mühitin mühafizəsi sahəsində hazırlanan daxili təlimatların struktur qurumlar tərəfindən aparılaraq, ƏTMMD-yə təqdim edilməsinə nəzarət etmək;
  • Departamentin fəaliyyətinin ətraf mühitə edilən təsir göstəriciləri əsasında "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"na ekoloji ödənişlərin hesablanması və həyata keçirilməsini təmin etmək;
  • Təsdiq edilmiş prosedur və formaların icrasına səlahiyyətləri daxilində nəzarət etmək;
  • Əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsinin təmin edilməsi üzrə müvafiq struktur qurumun tabeliyində olan struktur qurum və bölmələrinin fəaliyyətini əlaqələndirmək, əməyin təhlükəsizliyinin öyrədilməsi və ətraf mühitin mühafizəsi işinin təşkilində köməklik göstərmək;
  • Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının “Texniki təhlükəsizlik haqqında” qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək; Vəzifə funksiyaları ilə əlaqədar müvafiq struktur qurumun əməkdaşlarına köməklik göstərmək və nəzarəti həyata keçirmək;
  • Qanunvericiliyin tələblərinə əsasən işçi heyətin ADY daxili intizam qaydaları, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya-gigiyena normalarına riayət etməsi, eləcə də əmək prosesi zamanı sağlamlıq və təhlükəsizlik ilə bağlı risklər üzrə nəzarəti həyata keçirmək, qayda və təlimatlar hazırlamaq, eyni zamanda əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi üçün təmin olunması üçün monitorinqlər keçirmək, çatışmamazlıqların aradan qaldırılması yönündə fəaliyyətləri icra etmək, əmək kollektivinin SƏTƏM sahəsində maarifləndirilməsi üçün mütəmadi təlimlər keçmək, təlimatların aparılması yaxından iştirak etmək;
  • Əmək sahəsində təhlükəsiz, sağlam və ekoloji cəhətdən təmiz iş şəraiti yaratmaq üçün lazımi tədbirlər görmək;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi, o cümlədən sanitariya-gigiyena qaydalarına, ekologiya və ətraf mühitin mühafizəsinə riayət olunmasına nəzarət etmək;
  • Vəzifə funksiyalarının yerinə yetirilməsi ilə bağlı müvafiq departament rəisinin və Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin göstərişlərini və tapşırıqlarını yerinə yetirmək;
  • Mülki müdafiə üzrə tədbirlərin planlaşdırılması və keçirilməsini, mülki müdafiənin maddi texniki ehtiyatlarının yaradılması və saxlanılması, fövqəladə halların qarşısının alınması üzrə zəruri tədbirlərin işlənib hazırlanması və keçirilməsi, müəyyən olunmuş hesabatın qeydiyyatının aparılması və tərtib edilməsini təşkil etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə)
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;

Bilməlidir:

  • Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi sahəsində Qanunvericiliyi Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
  • Cəmiyyətin fəaliyyəti üçün rəhbərlik tərəfindən qəbul olunan sərəncam və əmrlər, metodiki, normativ və digər rəhbər materiallar;
  • Ekoloji normativ sənədlərin hazırlanmasına dair biliklər;
  • Ətraf mühitin mühafizasi sahəsində statistik hesabatların hazırlanmasına dair biliklər;
  • Tullantıların idarə olunması sistemi .

Vakansiya haqqında

Son tarix

May 4, 2026

Paylaşılıb

aprel 20, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər