Azərbaycan Dəmir Yolları

Elektrik mexaniki

Bu gün

12

Təsvir

  • Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək;
  • Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq;
  • Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq;
  • Enerji dispetçeri ilə daima əlaqə saxlamaq;
  • Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək;
  • Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq;
  • Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək;
  • Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək;
  • Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək;
  • Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək;
  • Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq.

Tələblər

  • Müvafiq sahə üzrə orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxeminə, avtomatikanın sxeminə dair biliklər;
  • Diqqətlilik, yüksək kommunikasiya, məlumatların idarə edilməsi bacarıqları.

Vakansiya haqqında

Son tarix

October 1, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Natamam ali

Kateqoriya

Logistika və nəqliyyat