Dartı yarımstansiyadan qidalanan bütün istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təminatına nəzarət etmək;
Növbətçiliyi elektrikləşdirilmiş dəmir yollarının dartı yarımstansiyalarının təlimatına əsasən aparmaq; Təmir personalı üçün iş yerini hazırlamaq və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
Müəyyən edilmiş formalar üzrə operativ uçot və hesabat aparmaq; Enerji dispetçeri ilə daima əlaqə saxlamaq;
Dartı yarımstansiyalarda avadanlıqların normal iş rejimindən kənarlaşmaları barədə enerji dispetçerinə məlumat vermək;
Sxemdəki bütün dəyişikliklərlə bağlı çevirmələri enerji dispetçerinin əmri ilə operativ jurnalda qeyd etməklə aparmaq; Növbə zamanı bir dəfədən az olmayaraq dartı yarımstansiyanın bütün avadanlıqlarının xarici yoxlanışını həyata keçirmək;
Hər bir hadisə zamanı dərhal enerji dispetçerinə məlumat vermək;
Xüsusi sərfiyyat transformatorundan istifadə olunan elektrik enerjisinə israfçılıq etməmək;
Mütəmadi olaraq enerji dispetçeri ilə əlaqə saxlayıb yarımstansiyanın ərazisinə baxış keçirmək;
Qısa qapanmadan açılan açarları enerji dispetçerinin əmri olmadan qoşmamaq;
Dartı yarımstansiyanı tərk etməmək;
Növbəli iş rejimi.
Tələblər
Təhsil: Müvafiq sahə üzrə orta ixtisas təhsili (Ali təhsil üstünlükdür)
İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il
Dartı yarımstansiyanın enerji təchizatı
Avadanlıqların mühafizəsinə, təyinatına və parametrlərinə dair biliklər
Dartı yarımstansiyada avadanlıqların quruluşunu və bir xətli sxeminə, avtomatikanın sxeminə dair biliklər