Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırmasını icra etmək;
Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının qurulması işini yerinə yetirmək;
Kabel və məftillərin uclarının kəsilməsi, preslənməsini yerinə yetirmək və sonluqların lehimlənərək istifadəyə yararlı vəziyyətə gətirmək;
Tələb olunan elektrik kabeli, naqil və s. elektrik cihazlarını, qurğuları quraşdırmaq;
Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirmək;
Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak etmək;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək
Tələblər
Təhsil: müvafiq sahə üzrə peşə təhsili;
Bilməlidir:
Əməyin mühafizəsi üzrə qaydaları və normaları;
Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri;
Elektrik avadanlıqlarının təmiri üzrə çilingərlərin avadanlıqlar üzrə əsas məlumatları;
Elektrik məftillərinin hazırlanması, birləşdirilməsi, izolə edilməsi və lehimlənməsi yollar və üsulları;
Elektrotexniki və izolyasiya materiallarının əsas növləri, xüsusiyyətləri və təyinatını ilə bağlı bilgilər.