Azərbaycan Dəmir Yolları

Elektrik montyoru

03-02-2025

125

Bağlanılıb

Təsvir

  • Stansiyanın, onun tabeliyində olan stansiya və dayanacaqların elektrik təchizatı sisteminə nəzarət etmək, elektrik avadanlıqlarının istismarını, tənzimlənməsini və saz vəziyyətdə olmasını, qəzasız və dayanıqlı işləməsini təmin etmək;
  • Elektrik xətlərinin zədələnməsi hallarının qarşısının alınmasını və qurğularda, quruluşlarda, elektrik xətlərində baş vermiş qüsur, nasazlıq və qəzaların vaxtında aradan qaldırılmasını təmin etmək;
  • Yeni elektrik şəbəkəsinin, xətlərinin, avadanlıqlarının quraşdırılmasını, tənzimlənməsini, sınaqdan keçirilməsini, zəruri hallarda ayrı-ayrı hissələrdə elektrik xətlərinin dəyişdirilməsini, həyata keçirmək;
  • Elektrik paylayıcı quruluşlarını, elektrik lövhələrini, işıqlandırma armaturlarını, elektrik cihazlarını, avadanlıqlarını quraşdırmaq və təmir etmək, birləşdirici muftaları və torpaqlama şəbəkələrini quraşdırmaq;
  • Avadanlığı gücləndirmək üçün kabel növünü və onun en kəsiyini hesablamaq, elektrik rozetlərini və açarları quraşdırmaq;
  • Stansiyanın xarici işıqlanma sisteminin vaxtında açılıb-qoşulmasını həyata keçirmək;
  • Qəzaya və digər zərərlərə səbəb ola biləcək şərait və səbəblərin dərhal aradan qaldırılmasını təşkil etmək;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı zamanı yaranan nasazlıqların və qəzaların səbəblərini müəyyən etmək, onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlər görmək;
  • Elektrik xəttlərində normadan artıq yüklənmənin səviyyəsinə nəzarət etmək;
  • İcarə sahələrində elektrik sayğaclarını quraşdırmaq və həmin sahələrdə elektrik enerjisindən istifadə qaydalarının pozulması (sayğacdan kənar istifadə və s.nöqsanların) hallarının vaxtında aşkar edilib aradan qaldırılması və qarşısının alınması üçün tədbirlər görmək;
  • Aşınma səbəblərini müəyyən etmək və onların qarşısının alınması və aradan qaldırılmasını təmin etmək;
  • İstifadə etdiyi avadanlıq və vazifələrə texniki xidmətin göstərilməsi, tənzimlənməsi, təmiri və xırda nasazlıqların aradan qaldırılması işlərində iştirak etmək;
  • Daxili əmək intizamı qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə peşə təhsili;
  • Elektrik qurğularına və elektrik avadanlıqlarına texniki qulluq zamanı işlərin təşkilini və yerinə yetirilməsi qaydası üzrə biliklər;
  • Elektrik qurğularına təhlükəsiz xidmət qaydalarını, naqillərin çəkilməsi üsulları barədə biliklər;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının iş prinsiplərini, habelə ölçü cihazlarını və onlardan istifadə prinsipləri;
  • Elektrik qurğularının və elektrik avadanlıqlarının istismarı və təmiri üzrə normativ hüquqi aktları, digər təlimatları, metodiki və normativ materialları və sənədlərdən üzrə biliklər;
  • Müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarına dair biliklər;

Vakansiya haqqında

Son tarix

fevral 14, 2025

Paylaşılıb

fevral 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı