Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrik sahəsi üzrə aparıcı mühəndis(Bakı Limanı)

Elektrik sahəsi üzrə aparıcı mühəndis(Bakı Limanı)

Dünən

140

Təsvir

  • İnfrastruktur və istehsal obyektləri üzrə elektrik sistemləri və avadanlıqlarının planlaşdırılması və inkişafının təmin edilməsi;
  • Elektrik təchizatı, paylayıcı şəbəkələr və güc sistemləri üzrə illik və perspektiv planların hazırlanması;
  • Elektrik layihələrinin (orta və aşağı gərginlik) texniki baxımdan qiymətləndirilməsi və icrasına nəzarət;
  • Avadanlıqların yük hesablamalarının aparılması, güc ehtiyaclarının müəyyən edilməsi;
  • Elektrik avadanlıqları üzrə texniki xidmət və təmir planlarının hazırlanması və icrasına nəzarət;
  • Podratçı və subpodratçı təşkilatların elektrik işlərinə texniki nəzarətin həyata keçirilməsi;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət;
  • Elektrik sxemlərinin, texniki sənədlərin və icra hesabatlarının hazırlanması və yoxlanılması.

Tələblər

Bilməlidir:

  • Elektrik enerjisi sistemlərinin, paylayıcı şəbəkələrin və elektrik avadanlıqlarının quruluşunu və iş prinsipini;
  • Elektrik sxemlərini, təkxətli sxemləri və texniki çertyojları oxumağı və təhlil etməyi;
  • Elektrik mühafizə sistemlərini (avtomatlar, rele mühafizəsi, torpaqlama, ildırımdan mühafizə);
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə normativ tələbləri;
  • Layihə, texniki və icra sənədlərinin hazırlanması və aparılması qaydalarını;
  • Enerji sərfiyyatının analizi və enerji səmərəliliyinin artırılması metodlarını;
  • Elektrik avadanlıqlarının texniki xidmət və təmirinin planlaşdırılması prinsiplərini.

Vakansiya haqqında

Son tarix

February 26, 2026

Paylaşılıb

fevral 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Servislə təmin olunur
  • Mobil nömrə