Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrovoz maşinist köməkçisi

Elektrovoz maşinist köməkçisi

Bu gün

2.3K

Təsvir

  • Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;
  • Elektrovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;
  • İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;
  • Elektrovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;
  • Maşinistlə maşinist köməkçisi arasında danışıq reqlamentini dəqiq yerinə yetirmək;
  • Elektrovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
  • Elektrovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq;
  • Elektrovoz dayanarkən, ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək;
  • Elektrovozda nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
  • Elektrovozda olan təhlükəsizlik qurğularının işinə nəzarət etmək;
  • Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (elektrovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;
  • Maşinist elektrovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (elektrovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;

Tələblər

  • Təhsil: peşə təhsili (müvafiq sahə üzrə).
  • Vəsiqə tələbi: Elektrovoz maşinist köməkçisi vəsiqəsi.
  • Elektrik qurğularının istismarında texniki istismar qaydaları (TİQ) və texniki təhlükəsizlik qaydaları (TTQ)
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı. 
  • Qatarların hərəkəti və manevr işinə dair Təlimat.
  • Lokomotiv briqadalarının əməyinin mühafizəsinə dair təlimat.
  • Diqqətlilik, peşəkar ehtiyatlılıq, problem həlletmə, mühitə uyğunlaşma.

Vakansiya haqqında

Son tarix

dekabr 29, 2024

Paylaşılıb

noyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat