Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnsan resursları üzrə aparıcı mütəxəssis

İnsan resursları üzrə aparıcı mütəxəssis

Bu gün

236

Təsvir

  • İllik ştat cədvəllərinin hazırlanması, təhlili və aidiyyəti üzrə təqdim edilməsi;
  • Vakansiyaların idarə olunması, reyestrin aparılması və uyğun strukturlara yönləndirilməsi;
  • Zərurət olduqda iş analizlərinin aparılması, kvalifikasiya və kompetensiya tələblərinin işlənməsi;
  • Vəzifə təlimatlarının hazırlanması və vəzifələrin qruplaşdırılmasında iştirak;
  • İşə qəbul prosesinə dəstəyin göstərilməsi;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə və kadr-uçot işinin aparılması;
  • Şəxsi işlərin tərtibi, elektron məlumat bazasının idarə olunması;
  • Nomenklatur vəzifə sahibləri ilə bağlı sənədlərin təqdim olunması və yenilənməsi;
  • Arxiv işinin təşkili və əmək fəaliyyətinə dair arayışların verilməsi;
  • Əməkhaqqı, mükafat, məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin hesablanması və təqdim edilməsi;
  • Vergi bəyannamələrinin, bank və sosial ödəniş cədvəllərinin hazırlanması və yoxlanılması;
  • Əməkhaqqı kartlarının sifarişi, qeydiyyatı və təhvil-təslimi;
  • Adaptasiya və təcrübə proqramlarının həyata keçirilməsi;
  • Başqa vəzifəyə keçirilmə və attestasiyalarla bağlı proseslərdə iştirak;
  • Əmək intizamına nəzarət və intizam tədbirləri ilə bağlı sənədlərin hazırlanması;
  • Müraciət və sorğulara baxılması, əmək fəaliyyətinə təsir edən amillərin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Şöbədaxili hesabatların hazırlanması və təqdim edilməsi;
  • İnsan resursları proseslərinin avtomatlaşdırılması ilə bağlı təkliflərin verilməsi;
  • Qərar, əmr, daxili sənəd və konsepsiya layihələrinin hazırlanması və rəy bildirilməsi;
  • Vətəndaş və təşkilatlardan daxil olan müraciətlərin cavablandırılması;
  • Müvafiq struktur bölmələrə izahat və tövsiyələrin verilməsi;
  • Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və aidiyyəti üzrə məlumatlandırma;
  • Kargüzarlıq işinin təşkili və rəhbərlik tapşırıqlarının icrası;
  • Aylıq hesabatların hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi.

Tələblər

  • Təhsil: İstənilən sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar ilə işləmək bacarığı;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsini bilməli;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklərə malik olmalı;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair bilikləri bilməli;
  • Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli.

Vakansiya haqqında

Son tarix

July 15, 2025

Paylaşılıb

iyul 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat