Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnsan resursları üzrə aparıcı mütəxəssis (Sərnişin daşımaları departamenti)

İnsan resursları üzrə aparıcı mütəxəssis (Sərnişin daşımaları departamenti)

06-02-2025

1.3K

Təsvir

  • İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək və aidiyyəti üzrə təqdim etmək;
  • Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;
  • Departament üzrə vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
  • Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
  • Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq;
  • ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək, işçilərin seçim prosesini təşkil etmək və müsahibələrdə iştirak etmək;
  • Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
  • ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;
  • İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
  • Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;
  • Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək;
  • Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
  • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
  • Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;
  • Departament üzrə işçilərin əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
  • Adaptasiya (işə uyğunlaşdırma) və təcrübə proqramlarının həyata keçirilməsini təşkil və tətbiq etmək;
  • Departament üzrə başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyəti struktura təqdim etmək;
  • Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək;
  • Ehtiyac olduqda işçilərin attestasiyasının nəticələrinin təhlilində iştirak etmək, attestasiya komissiyasının qərarlarının icrasını təmin etmək;
  • Departamentin işçilərinin müxtəlif dövlət və sahə təltifləri ilə mükafatlandırılması üçün verilmiş təklifləri komplektləşdirmək, bu prosesin rəsmiləşdirilməsi və həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
  • Departamentin işçilərinin əmək intizamına, o cümlədən daxili intizam qaydalarına əməl etmələrinə nəzarət etmək, işçilər barəsində intizam tənbehi tədbirlərinin tətbiq edilməsi ilə bağlı aidiyyəti üzrə arayışlar təqdim etmək, müvafiq əmr layihələrini hazırlamaq;
  • İşçilərin əmək münasibətləri ilə bağlı müraciətlərinə aidiyyəti üzrə baxılmasını və onların təhlil edilməsini həyata keçirmək, təhlillər əsasında işçilərin əmək fəaliyyətinə mənfi təsir edən amillərin aradan qaldırılması sahəsində zəruri tədbirlər görmək;
  • Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə ADY-nin sədrinin tapşırığı ilə qərar, əmr və göstərişlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, həmin sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;
  • Daxili sənədlərin layihəsini hazırlamaq, aidiyyəti üzrə rəhbərliyə təqdim etmək, onların tətbiqinə nəzarət etmək və zərurət üzrə təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə məqsədli proqramların və konsepsiyaların layihələrini ADY-nin aidiyyəti struktur bölmələri ilə birlikdə hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
  • Səlahiyyətinə aid olan məsələlərlə əlaqədar ADY-nin aparatının struktur bölmələrinə və ADY-nin strukturuna daxil olan qurumlarına izahatlar və tövsiyələr vermək;
  • Departamentin fəaliyyəti ilə bağlı mövcud və yaranması ehtimal olunan riskləri müəyyənləşdirərək təsdiq edilmiş metodologiyaya əsasən qiymətləndirmək və həmin risklər barədə ADY-nin aidiyyəti struktur bölməsini dərhal məlumatlandırmaq;
  • Fəaliyyət istiqamətləri üzrə kargüzarlıq işinin təşkilini təmin etmək;
  • Fəaliyyət istiqamətləri üzrə və ADY-nin sədrinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
  • Aylıq olaraq görülmüş işlər barədə birbaşa və funksional rəhbərinə hesabat vermək;


Tələblər

  • Təhsil: İstənilən sahə üzrə ali təhsil;
  • Təcrübə: Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
  • İnsan resurslarına aid olan normativ, metodik və digər rəhbəredici materiallar ilə işləmək bacarığı;
  • Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsini bilməli;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklərə malik olmalı;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair bilikləri bilməli;
  • Elektron informasiya sistemindən istifadə qaydalarını bilməli;


Vakansiya haqqında

Son tarix

fevral 23, 2025

Paylaşılıb

fevral 6, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat