İllik ştat cədvəli layihəsini təhlil edərək işləmək və aidiyyəti üzrə təqdim etmək;
Ehtiyac olduqda ADY-də mövcud olan vəzifə və peşələr üzrə iş analizlərinin keçirilməsinin, onların kvalifikasiya, habelə kompetensiya tələblərinin işlənilməsinin, vəzifə və peşələrin iş ailələri üzrə qruplaşdırılmasının və vəzifə təlimatlarının hazırlanmasının təmin edilməsində iştirak etmək;
Departament üzrə vakansiya tələblərini hazırlamaq, reyestrini aparmaq, tələbi təhlil etmək, nəticəyə uyğun olaraq aidiyyəti struktura ünvanlamaq;
Vakant yerlərə dair məlumatları toplamaq, təhlil etmək, qaydaya uyğun olaraq vakant yerlərə dair tədbirlərin görülməsi üçün müvafiq strukturlara müraciət göndərmək, vakant ştat vahidlərini izləmək;
Ştat sorğularının Oracle tətbiqi, elektron informasiya sistemi üzərindən icra edilməsi ilə bağlı sorğuları tərtib etmək, aidiyyəti struktura ünvanlamaq;
ADY-nin işə qəbul prosedurlarını müəyyən edilmiş qaydada icra etmək, aidiyyəti stukturu imtahan materialları, komissiya üzvləri ilə təmin etmək üçün işləri icra etmək;
Əmək qanunvericiliyinin tələblərindən irəli gələn sənədləşmə və kadr-uçot işini aparmaq, əməkdaşların şəxsi işlərini tərtib etmək, onlara zəruri dəyişikliklər və əlavələri etmək, işçilərin elektron məlumat bazasını idarə etmək;
ADY-nin sədrinin nomenklaturuna daxil olan vəzifələri tutan işçilərin sənədlərini aidiyyəti struktura təqdim etmək, daim yenilənmiş vəziyyətdə olmasını təmin etmək;
İnsan resursları sahəsinə dair sənədlərin arxiv işini aparmaq, hazırda çalışan və sabiq işçilərə əmək fəaliyyəti ilə bağlı arayışları vermək;
Ehtiyac olduqda iş vaxtından istifadənin optimallaşdırılması və normalaşdırılması ilə bağlı təkliflər vermək;
Departament üzrə tabelləri aylıq hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
Departamentdə çalışan işçilərin əmək haqqı, mükafat, məzuniyyət haqları, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq hesab ödənişələrin hesablanması cədvəllərini işləmək, aidiyyəti üzrə təqdim etmək;
Elektron informasiya sistemində sosial müavinət və qismən ödənişli məzuniyyət pullarını sistem üzərindən hesablayaraq həyata keçirmək;
Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
Ehtiyac olduqda işçilərin iş vaxtından artıq işlədiyi saatları araşdırmaq və iş saatlarını optimallaşdırmaq;
Departament üzrə işçilərin əmək haqqı kartalarının sifarişini hazırlayaraq aidiyyəti üzrə ünvanlamaq, hazır olan əmək haqqı kartalarının qeydiyyatını apararaq adiyyəti üzrə təhvil-təslim etmək;
Adaptasiya (işə uyğunlaşdırma) və təcrübə proqramlarının həyata keçirilməsini təşkil və tətbiq etmək;
Departament üzrə başqa işə keçirilmə əməliyyatları ilə bağlı sorğuları aidiyyəti struktura təqdim etmək;
Ehtiyac olduqda iş yerlərinin attestasiyasının keçirilməsi prosesində iştirak etmək;
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Əmək qanunvericiliyinə dair biliklər;
Kadr işinin təşkili, sənədləşdirmə və hesabatların tərtib edilməsi;
MS office bilikləri;
Problem həll etmə, analitik düşüncə, kommunikasiya bacarıqları.