Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə mütəxəssis (İnfrastruktur Deparatmenti)

İnsan Resursları üzrə mütəxəssis (İnfrastruktur Deparatmenti)

10-02-2025

547

Bağlanılıb

Təsvir

  • Əmək qanunvericiliyinə uyğun kadr uçotu işlərinin aparılması, əməkdaşların şəxsi işlərinin və elektron məlumat bazasının idarə olunması;
  • Əmək haqqı, sosial müavinət, həmçinin kollektiv sazişdən irəli gələn digər ödənişlərin hesablanması;
  • Elektron informasiya sistemlərində əmək münasibətlərinin tənzimlənməsi;
  • Müxtəlif hesabatların, o cümlədən rüblük vahid vergi bəyannamələrinin hazırlanması;
  • 5 günlük iş rejimi.

Tələblər

  • Təhsil: Ali
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il;
  • Azərbaycan Respublikası Əmək qanunvericiliyi;
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
  • Əmək haqqının hesablanması üzrə praktiki biliklər;
  • İnsan resurslarına aid normativ və metodik materiallarla tanışlıq, kadr işinin təşkili və sənədləşdirilməsi;
  • Elektron informasiya sistemindən istifadə qaydaları;
  • Analitik düşüncə və hesabatların təhlili;
  • Effektiv kommunikasiya və əməkdaşlıq bacarıqları;
  • Kompüter biliyi: MS Office (yüksək)
  • 1C proqramında işləmə bacarığı üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və danışıq; İngilis və ya Rus dili bilikləri üstünlükdür.

Vakansiya haqqında

Son tarix

fevral 17, 2025

Paylaşılıb

fevral 10, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə