Fəaliyyət məqsədlərinə uyğun olaraq müəyyən olunmuş günlük, aylıq, illik və digər hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
Yükaşırma, gəlir və mənfəətin terminallar üzrə təhlil edilməsində iştirak etmək;
Nəqliyyat marşrutlarının və dəhlizlərinin ilkin təhlilinin aparılmasında iştirak etmək;
İdarəetmə və operativ uçotun təşkilini həyata keçirmək;
Müvafiq struktur bölmələrlə birlikdə Cəmiyyətin fəaliyyəti ilə bağlı statistik məlumatların təhlil edilməsi, statistik məlumatların əldə olunması üzrə metodikanın təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
Tariflərin analiz edilməsində iştirak etmək;
Aylıq əməliyyat məlumatlarını toplamaq və işləmək, verilənlər bazalarını yaratmaq, böyük həcmli məlumatları təhlil etmək və daxili və xarici tərəfdaşlar üçün aydın analitik hesabatlar hazırlamaq;
Bazar trendlərini təhlil etmək və statistik üsullardan istifadə etməklə yük dövriyyəsi həcmlərini, gəmilərin giriş-çıxışlarını və yük növlərini proqnozlaşdırmaq;
Biznes planlarının hazırlanmasında, texniki-iqtisadi əsaslandırmaların və liman layihələrinin maliyyə modellərinin təhlilində iştirak etmək.
Tələblər
Təhsil: Riyaziyyat, iqtisadiyyat, maliyyə və ya nəqliyyat/logistika sahəsində ali təhsil;
Təcrübə: İqtisadiyyat, maliyyə və ya logistika sahəsində minimum 1–2 illik peşəkar iş təcrübəsi;
Kompüter bacarıqları: MS Excel üzrə yüksək səviyyədə biliklər, Stata və ya Python vasitəsilə məlumatların təhlili bacarığı;
Dillər: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır;
Digər bacarıqlar: Güclü analitik düşüncə, hesabat və təqdimat bacarığı, dəqiqlik.