Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İşçilərlə əlaqələr üzrə böyük mütəxəssis

İşçilərlə əlaqələr üzrə böyük mütəxəssis

Bu gün

653

Təsvir

  • Yeni əməkdaşların adaptasiya prosesinin təşkili, mentorların müəyyən edilməsi və zəruri təminatlarla təchiz olunması üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək;
  • Əməkdaşlarla korporativ münasibətlərin və iş mühitinin yaxşılaşdırılması, işəgötürən imicinin və əmək bazarında nüfuzunun gücləndirilməsi istiqamətində təşəbbüslər hazırlamaq və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Daxili kommunikasiya kanallarının və müvafiq sosial media hesablarının idarə olunmasını təmin etmək;
  • Əməkdaşların iş məmnuniyyətinin və əməyin səmərəliliyinin artırılması, iş mühitinin yaxşılaşdırılması üzrə korporativ təşəbbüs və xidmətlərin icrasında iştirak etmək;
  • İşdən çıxış müsahibələrini təşkil etmək, nəticələri sistemləşdirmək və təhlil etməklə kadr axınının əsas səbəblərini müəyyənləşdirmək, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • Əməkdaşların dövlət və sahə təltiflərinə təqdim edilməsi, eləcə də mükafatlandırılması prosesinin təşkili və rəsmiləşdirilməsində iştirak etmək;
  • Korporativ dəyərlərin təşviqi, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili üzrə təkliflər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
  • Şöbəyə daxil olan müraciət, məktub və digər sənədləri aidiyyəti üzrə nəzərdən keçirmək, müvafiq cavabların hazırlanmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • İngilis dili və Rus dili biliyi üstünlükdür;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini üzrə məlumatlılıq;
  • Güclü ünsiyyət və təşkilatçılıq, komandada işləmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və yüksək məsuliyyətlilik qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

November 10, 2026

Paylaşılıb

oktyabr 30, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə