Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İşçilərlər əlaqələr üzrə mütəxəssis

İşçilərlər əlaqələr üzrə mütəxəssis

Bu gün

18

Hibrid

Təsvir

  • Yeni işçinin təminatlarla təchiz edilməsi işini aidiyyəti strukturlar vasitəsi ilə həyata keçirmək, mentorların ayrılması, adaptasiya prosesinin qiymətləndirilməsi ilə bağlı əməliyyatlar və digər təşkilati işləri koordinasiya etmək;
  • Şöbəyə həvalə edilmiş tədbirlərin və təşkilati-sərəncamverici aktlardan irəli gələn tapşırıqların icrasında iştirak etmək, İşçilərin dövlət və sahə təltiflərinə təqdim olunması prosesində iştirak etmək;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə təlimat, prosedur, metodika, iş diaramları və digər korporativ sənədlərin hazırlanması və tətbiqində iştirak etmək;
  • İş mühitinin və əməkdaşlarla korporativ münasibətlərin inkişaf etdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək və tədbirlərin icrasında iştirak etmək;
  • İş mühitinin və əməkdaşlarla korporativ münasibətlərin yaxşılaşdırılması, əmək bazarında qurumun işgüzar nüfuzunun qorunması, möhkəmləndirilməsi və təbliğatı, habelə bu sahədə aidiyyəti təsisatlarla qarşılıqlı fəaliyyətin təşkil edilməsi istiqamətində təkliflər hazırlamaq, tədbirlər görülməsində iştirak etmək;
  • Daxili kommunikasiya kanalları və sosial media platformalarının idarə olunması ilə bağlı işləri həyata keçirmək;
  • Əməyinin səmərəliliyinin artırılması və iş mühitinin yaxşılaşdırılması sahəsində tətbiq olunan korporativ xidmət və imkanların həyata keçirilməsi üzrə müvafiq əməliyyatları icra etmək;
  • İşdən çıxış müsahibələrinin təşkili, nəticələrin təhlili və kadr axınının səbəblərinin müəyyən olunması üzrə təkliflər hazırlamaq;
  • Korporativ dəyərlərinin formalaşdırılması və təbliğatı, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili barədə təkliflər vermək və səlahiyyətləri daxilində həyata keçirilməsində iştirak etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • İngilis dili və Rus dili biliyi üstünlükdür;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini üzrə məlumatlılıq;
  • Güclü ünsiyyət və təşkilatçılıq, komandada işləmək bacarığı;
  • Analitik düşünmə, problem həll etmə və yüksək məsuliyyətlilik qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

May 17, 2026

Paylaşılıb

may 7, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Digər