Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Keçid növbətçisi (Füzuli/Horadiz)

Keçid növbətçisi (Füzuli/Horadiz)

Bu gün

92

Təsvir

  • Növbəyə başlayarkən keçiddə hər iki tərəfə 50 m məsafədə dəmir yolunu, keçid avadanlıqlarının vəziyyətini və onların bütün qurğularını, plomblanan qurğularda plombların olmasını, əl işarələrinin, taraqqaların, alətlərin və inventarların olmasını və vəziyyətini yoxlayaraq təhvil almaq və PU 67 (yol hesabatının qediyyat kitabçası) nömrəli jurnalı təhvil-təslim zamanı imzalamaq;
  • Keçiddə qatarların və avtomobillərin təhlükəsizliyini təmin etmək;
  • Qatarların yaxınlaşması zamanı zəng siqnalının səsinə və lövhədə yaxınlaşma lampasının yanmasına əsasən şlaqbaumun bağlı vəziyyətdə olmasına əmin olmaq və hərəkət vahidinin (qatar, lokomotiv, drezin və s.) həm tək, həm də cüt yoldan tam keçdiyinə əmin olduqdan sonra şlaqbaumu idarə edən düyməni basmaqla şlaqbaumu açıq vəziyyətə gətirmək;
  • Qatarların hərəkətilə bağlı, baş verə biləcə hər hansı hadisənin qarşısının alınması məqsədilə stansiya növbətçilərilə telefon əlaqəsi saxlamaq;
  • Şlaqbaumların normal vəziyyətdə “Açıq” halda, işləmədiyi halda üfüqi-dönən (əl ilə çevrilən) ehtiyat şlaqbaumların normal vəziyyətini isə “Bağlı” halda saxlamaq;
  • Keçidin çəpərlənməsi üçün “Çəpərləyicinin qoşulması” düyməsinin plombunu qırıb düyməni basmaqla çəpərləyici işarəvericiləri fəaliyyətə gətirmək və şlaqbaumları bağlamaq, çəpərləyici svetofor olmadıqda və ya o nasaz olduqda maneə yaranmış yollara hər iki istiqamətdən daşınan çəpərləyici dayanma işarələrini (gündüz-qırmızı lövhə, gecə-qırmızı fənər) qoyaraq şlaqbaumları bağlamaq;
  • Yaranan nasazlıqlar barədə stansiya növbətçisinə, azad olmayan yol briqadirinə məlumat vermək;
  • Keçid növbətçiləri üçün texniki təhlükəsizlik və istehsalat sanitariyası üzrə təlimata riayət etmək;
  • Qatarı müəyyən edilmiş yerdə (bir qayda olaraq keçid postunun binası yanında) kənar relsdən 3-metrdən yaxın olmayan məsafadə, başını hərəkət istiqamətinə qarşı yarımdövrə saxlamaqla üzü yola tərəf qarşılamaq;
  • Növbə zamanı keçidi tərk etməmək və keçidə kənar şəxslər buraxmamaq;
  • Nəqliyyat vasitəsində və ya yolda nasazlıq yaranarsa taraqqaları yola qoymaq və zədələnməmək üçün taraqqadan 20 m-dən az olmayan məsafadə kənara çəkilmək.

Tələblər

  • Azərbaycan dəmir yollarının texniki istismar Qaydaları haqqında bilikli olmaq;
  • Azərbaycan dəmir yollarının işarəvermə Təlimatı haqqında bilikli olmaq;
  • 47/S Dəmir yolu keçidlərinin istismarı haqda təlimata dair bilikli olmaq;
  • Dəqiqlik, peşəkar ehtiyatlılıq, kommunikasiya, problem həll etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

February 11, 2026

Paylaşılıb

yanvar 29, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Logistika və nəqliyyat