İnteqrasiya edilmiş idarəetmə sistemi (İMS) standartlarının tətbiqini və uyğunluğunun təmin edilməsini, habelə müvafiq sənədlərin icrasına nəzarəti təmin etmək;
Keyfiyyət idarəetmə sisteminə daxil olan sənədlərin hazırlanmasını, yenilənməsini və tətbiqini təmin etmək;
Proseslərin və əməliyyatların monitorinqini aparmaq, aşkar olunan uyğunsuzluqları qeyd etmək və onların aradan qaldırılmasına nəzarət etmək;
KİS-in auditi zamanı kənar auditorları müşaiyət etmək, kənar auditor tərəfindən yoxlama zamanı tələb olunan məlumatları və ya sənədləri təqdim etmək, proseslərin gedişatını izah etmək;
KİS-in daxili yoxlama nəticələrinə dair hesabatları hazırlamaq, razılaşdırmaq və aidiyyəti struktur bölmələrə çatdırmaq;
KİS-də daxili və kənar yoxlamalar nəticəsində aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün müəyyən olunmuş tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək və nəticələri barədə məlumatı menecerə təqdim etmək;
Keyfiyyət göstəricilərini təhlil etmək və hesabatların hazırlanmasını həyata keçirmək.
Tələblər
ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər;
Audit prinsipləri və daxili auditlərin planlaşdırılması, keçirilməsi və hesabatlandırılması üzrə biliklər;
Proseslərin optimallaşdırılması və davamlı təkmilləşdirmə metodlarının tətbiqinə dair biliklər;
Normativ sənədlərlə işləmək və onların tətbiqi üzrə metodoloji biliklər;
Elektron informasiya sistemlərindən istifadə qaydalarına dair biliklər;
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydaları, o cümlədən yanğından mühafizə üzrə norma və qaydaları bilmək.