Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək.
İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
Hesabatın hazırlanması üçün sahədən məlumat toplamaq;
Ezamiyyətə sənədlərini yoxlamaq, qəbul etmək və ezamiyyə xərclərini hesablamaq;
Sahənin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
Tələblər
Təhsil: Orta ixtisas (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq digər sahə); Ali təhsil üstünlükdür;
İş təcrübəsi: Ən azı 1 il;
Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
Mühasibat hesabının metod və formaları, uçot və hesabatı;
Hesabatların plan və korrespondensiyası;
Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
Hesablama texnikasının istismarı qaydaları;
Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;
Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;
Dil biliyi: Azərbaycan dilində mükəmməl yazı və danışıq, İngilis və ya Rus dili bilikləri üstünlükdür.