Azərbaycan Dəmir Yolları

Kitabxanaçı

Bu gün

2.6K

Təsvir

  • ADY-nin kitabxana siyasətinə uyğun olaraq oxucuların kitabxanadan istifadəsinin operativ təşkilinin həyata keçirilməsi və prosesin izlənilməsini təmin etmək;
  • Kitabxana fоndunun dövriyyəsi haqqında statistik göstəricilərin hazırlanması və görülən işlərin hesabatlılığının aparılması;
  • Oхuculаrın mütаliə mаrаğını öyrənərək kitabxana fondunun hansı istiqamətdə inkişaf etdirilməsinə və ya komplektləşdirilməsinə dair təkliflər vermək;
  • Kitabxananın daha da zənginləşdirilməsi məqsədilə istismara verilən yeni avadanlıqların təlimat kitabçalarını struktur vahidlərinin rəhbərləri ilə razılaşdırdıqdan sonra fonda daxil etmək;
  • Məzmunca köhnəlmiş nəşrlərin arxivləşdirilməsini və ya silinməsini təmin etmək;
  • Fonda daxil olan hər bir informasiya daşıyıcısının texniki cəhətdən işlənməsini (təsnifat kodunun vurulması, ştrix kodun təyin edilməsi, möhürün vurulması, üzlüklərin vurulması və s.) təmin etmək;
  • AKİS-in (Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri) aidiyyatı modulu üzrə oxucu hesablarının yaradılması, izlənilməsi, redaktə edilməsi və müəyyən icazələrin verilməsini təmin etmək;
  • Kataloqlaşdırma qaydalarını müəyyən edən standartları əsas tutaraq “Kataloq” modulunda məlumat bazasının yaradılması, biblioqrafik yazılarda redaktələrin edilməsi və məlumatların düzgünlüyünü yoxlanılması;
  • Fəaliyyət istiqamətləri üzrə birbaşa rəhbərinin tapşırığı ilə qərar, əmr və göstərişlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, ehtiyac olduqda həmin sənədlərin layihələrinə dair rəy və təkliflər vermək;
  • Fəaliyyət istiqamətləri üzrə və birbaşa rəhbərinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək

Tələblər

  • Təhsil səviyyəsi: Ali ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Kompüter bilikləri: MS Office;
  • Xarici dil: İngilis dili və Rus dili - yaxşı səviyyədə

Vakansiya haqqında

Son tarix

dekabr 2, 2024

Paylaşılıb

noyabr 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Dövlət və sosial xidmətlər