Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Konteyner daşımaları satışı şöbəsinin mütəxəssisi ("ADY EXPRESS" MMC)

Konteyner daşımaları satışı şöbəsinin mütəxəssisi ("ADY EXPRESS" MMC)

Bu gün

29

Təsvir

  • Konteyner daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
  • Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
  • Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək; Sifarişləri cəmiyyətin daxili proqram təminatında işlənmək;
  • Cari konteyner daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
  • Konteyner daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydalarına riayət etmək;
  • Cəmiyyətin daxili və xarici əlaqələrinin qurulmasında, müştərilərlə və tərəfdaş şirkətlərlə görüşlərdə iştirak etmək; 
  • Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.

Tələblər

  • Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
  • Satış texnikaları sahəsi üzrə yazılı və şifahi ünsiyyətə dair biliklər;
  • Marketinq kommunikasiyaları üzrə biliklər;
  • Bazar iqtisadiyyatının əsasları;
  • İNCOTERMS qaydaları;
  • Logistika üzrə biliklər;
  • Yazılı ünsiyyət;
  • Planlaşdırma və əlaqələndirmə;
  • Analitik düşüncə;
  • Vaxtın effektiv idarə edilməsi;
  • Diqqətlilik.

Vakansiya haqqında

Son tarix

March 31, 2026

Paylaşılıb

mart 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər