Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Marketinq üzrə aparıcı mütəxəssis (Sərnişin daşımaları departamenti)

Marketinq üzrə aparıcı mütəxəssis (Sərnişin daşımaları departamenti)

Bu gün

31

Təsvir

  • Müəssisənin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizini həyata keçirmək;
  • Müəssisənin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etmək;
  • Müəssisənin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etmək;
  • Müəssisənin marketinq ehtiyaclarını müəyyənləşdirmək;
  • Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etmək, təhlillər aparmaq;
  • Müəssisənin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etmək;
  • Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində hesabat hazırlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;
  • Dil bilikləri: İngilis/Rus dili - yaxşı səviyyədə;
  • MS Office - yaxşı səviyyədə;
  • Biznesin idarə olunmasına dair normativlər və digər materiallar barədə məlumatlılıq;
  • Biznesin idarə olunması və təşkilinə dair biliklər;
  • Sənəd dövriyyəsinə dair biliklər;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydaları;
  • Təşəbbüskarlıq;
  • Kreativlik.

Vakansiya haqqında

Son tarix

October 1, 2026

Paylaşılıb

sentyabr 21, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri