Azərbaycan Dəmir Yolları

Mexanik (Gəncə)

Bu gün

28

Təsvir

  • İş yerlərində materialların, ehtiyat hissələrinin, alətlərin saz vəziyyətdə saxlanmasını təmin etmək;
  • İşçilərin xüsusi iş paltarlarından, ayaqqabılardan, mühafizə vasitələrindən istifadə etmələrini təmin etmək, xəstə və spirtli içkili halda olduqları zaman onları işə buraxmamaq;
  • Əmək şəraiti zərərli olan işlərin əvvəlcədən hazırlanmış plan əsasında aparılmasına nəzarət etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan əmr və göstərişlərin işçilərə vaxtında çatdırılmasını təmin etmək, baş vermiş bədbəxt hadisələrin səbəblərini öyrənmək;
  • İşin təhlükəsiz təşkilində olan çatışmazlıqlar haqqında işçilərin rəy və təkliflərini toplamaq, təhlil etmək və onların ləğv edilməsi üçün ölçü götürmək;
  • Əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Xəsarət alanlar və xəstələr həkim məntəqəsinə çatdırılana qədər onlara ilk tibbi yardım göstərmək üçün sexləri lazım olan dərmanlar, sarğı materialları və digər tibbi avadanlıqla təmin etmək;
  • İşin səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək;
  • Obyektlərin plakatlar, təhlükəsizlik nişanları, siqaret çəkmək üçün ayrılan yeri göstərən istiqamətvericilər ilə təmin olunması üçün məsələ qaldırmaq;
  • Yanğınsöndürən avadanlıq və alətlərin həmişə yararlı və saz halda olmalarını təmin etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Peşəkar ehtiyatlılıq, planlaşdırma, nəticə yönümlülük, əlaqələndirmə bacarıqları.

Vakansiya haqqında

Son tarix

July 25, 2026

Paylaşılıb

iyul 16, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat