İş yerlərində materialların, ehtiyat hissələrinin, alətlərin saz vəziyyətdə saxlanmasını təmin etmək;
İşçilərin xüsusi iş paltarlarından, ayaqqabılardan, mühafizə vasitələrindən istifadə etmələrini təmin etmək, xəstə və spirtli içkili halda olduqları zaman onları işə buraxmamaq;
Əmək şəraiti zərərli olan işlərin əvvəlcədən hazırlanmış plan əsasında aparılmasına nəzarət etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikasına aid olan əmr və göstərişlərin işçilərə vaxtında çatdırılmasını təmin etmək, baş vermiş bədbəxt hadisələrin səbəblərini öyrənmək;
İşin təhlükəsiz təşkilində olan çatışmazlıqlar haqqında işçilərin rəy və təkliflərini toplamaq, təhlil etmək və onların ləğv edilməsi üçün ölçü götürmək;
Əmək şəraitinin yaxşılaşdırılması üçün tədbirlər planının vaxtında yerinə yetirilməsini təmin etmək;
Xəsarət alanlar və xəstələr həkim məntəqəsinə çatdırılana qədər onlara ilk tibbi yardım göstərmək üçün sexləri lazım olan dərmanlar, sarğı materialları və digər tibbi avadanlıqla təmin etmək;
İşin səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək;
Obyektlərin plakatlar, təhlükəsizlik nişanları, siqaret çəkmək üçün ayrılan yeri göstərən istiqamətvericilər ilə təmin olunması üçün məsələ qaldırmaq;
Yanğınsöndürən avadanlıq və alətlərin həmişə yararlı və saz halda olmalarını təmin etmək.
Tələblər
Müvafiq sahə üzrə ali təhsil;
Peşəkar ehtiyatlılıq, planlaşdırma, nəticə yönümlülük, əlaqələndirmə bacarıqları.