Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.
Tələblər
Təhsil: müvafiq sahə üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə ən az 1 il stajı arzuolunandır;
Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır;
Sertifikat: ACCA (F3, F7) arzu olunandır;
Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları;
Mühasibat hesabının metod və formaları, uçot və hesabatına dair biliklər;
Hesabatların plan və korrespondensiyasına dair biliklər;
Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilinə dair biliklər;
Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;