Azərbaycan Dəmir Yolları

Mühasib ("ADY Ekspress" MMC)

Bu gün

83

Təsvir

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək; 
  • İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
  • Departamentin rüblük olaraq vergi bəyannamələrini hazırlanmaq, hazırlanmış bəyannamələri aidiyyəti üzrə təqdim etmək;
  • Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
  • Departamentin ay üzrə təqdim olunan bank cədvəllərini əmək haqqı hesablanması cədvəli ilə uyğunluğunu yoxlamaq;
  • Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
  • Şirkətin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
  • Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə ən az 1 il stajı arzuolunandır;
  • Dil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandır;
  • Sertifikat: ACCA (F3, F7) arzu olunandır;
  • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları;
  • Mühasibat hesabının metod və formaları, uçot və hesabatına dair biliklər;
  • Hesabatların plan və korrespondensiyasına dair biliklər; 
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilinə dair biliklər;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
  • Hesablama texnikasının istismarı qaydaları;
  • Analitik düşüncə;
  • Nəticəyönümlülük;
  • Peşəkar ehtiyatlılıq;
  • Vaxtın effektiv idarə edilməsi;
  • Problem həlletmə;
  • Diqqətlilik.

Vakansiya haqqında

Son tarix

February 23, 2026

Paylaşılıb

fevral 10, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər