Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
Hesabatın hazırlanması üçün tabeli təşkilatlardan məlumatı toplamaq və təhlil etmək;
Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
Departamentin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.
Tələblər
Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzu olunandır;
Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
Mühasibat hesabının metod və formaları, uçot və hesabatı;
Hesabatların plan və korrespondensiyası;
Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili;
Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
Hesablama texnikasının istismarı qaydaları;
Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;
Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;
Dil biliyi: İngilis və ya Rus dili bilikləri üstünlükdür.