Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Müqavilələrin tərtibatı və sənədlərlə iş üzrə mütəxəssis

Müqavilələrin tərtibatı və sənədlərlə iş üzrə mütəxəssis

07-04-2025

2K

Təsvir

Müxtəlif tipli mülki-hüquqi müqavilələrin, əlavələrin və digər razılaşmaların hazırlanmasını icra etmək; Kontragentlərlə razılaşdırılmış müqavilələrin elektron sənəd dövriyyəsinə yüklənməsi və icra edilməsi, fiziki olaraq imzalanıb möhürlənməsi, daha sonra ödənişə təqdim edilməsi, reyestrə işlənməsi və tender qovluğuna yerləşdirilməsi, rəhbərliyə və aidiyyəti şöbələrin əməkdaşlarına email vasitəsilə məlumatın çatdırılması işlərini həyata keçirmək;

Daxili və xarici kontragentlərə məktubların tərtib edilərək göndərilməsi, müvafiq olaraq elektron sənəd dövriyyəsinə əlavə edilməsini təmin etmək;

Müqavilələrin mövcud qanunvericiliyə uyğunluğunu nəzərdən keçirmək;

Hazır müqavilələrin digər orijinal nüsxələrinin kontragentlərə təhvil verilməsi və göndərilmə qeydiyyatını müntəzəm olaraq yazılı şəkildə həyata keçirmək;

Müqavilə və sənədlərin qeydiyyatı ilə əlaqədar müqavilə reyestrinə nəzarətin həyata keçirmək;

Müqavilələrin tərtib edilməsi zamanı təqdim olunan sənədlərin tələblər daxilində yoxlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsinin olması üstünlükdür;
  • Xarici dil: İngilis/Rus dili - yaxşı;
  • MS Office - yaxşı;
  • Yazılı ünsiyyət;
  • Planlaşdırma;
  • Diqqətlilik;
  • Məlumatların idarə edilməsi


Vakansiya haqqında

Son tarix

April 19, 2025

Paylaşılıb

aprel 7, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə