Azərbaycan Dəmir Yolları

Operator (Ələt)

Bu gün

78

Təsvir

  • Stansiyanın qəbul-göndərmə yollarına qəbul edilən, çeşidlənən və çeşidləmə parkında çeşidlənmiş vaqonların, qatar tərkibindəki vaqonların nömrələrini yazmaq;
  • Çeşidləmə parkından digər parka, VDS-ə, TXM-ə verilən vaqonların nömrələrini yazmaq və STM operatorlarına məlumat vermək;
  • Vaqonyuma və dezinfeksiyaetmə sahəsinə, dalan yoluna göndərilən və oradan götürülən vaqonların nömrələrini yazmaq və STM operatorlarına məlumat vermək;
  • Çeşidlənən vaqonların nömrələrini ADY SMART proqramına işləmək, lazım olarsa ADY SMART proqramında yaranmış çətinlik barəsində məlumat hesablama mərkəzinin (MHM) qaynar xətti ilə əlaqə saxlamaq; 
  • Parka daxil olan qatarların sənədlərini STM operatoruna çatdırmaq və göndərilən qatarların sənədlərinin verilməsini icra etmək;
  • Texnoloji işlə əlaqədar olaraq stansiya növbətçisinin, STM operatorunun, manevr dispetçerinin göstərişlərini yerinə yetirmək;
  • Gördüyü işlər üzrə texnoloji mərkəzin rəisinə və stansiya rəisinin avtomatlaşdırılmış idarəetmə sistemi üzrə müavininə məlumat vermək.

Tələblər

  • Təhsil: Ümumi;
  • Stansiyanın texniki sərəncam aktı və texnoloji iş prosesinə dair biliklər;
  • Dəmiryol nəqliyyatının siqnalizasiya təlimatı;
  • Blankların doldurulması və qatar sənədləşdirilməsi qaydalarına dair biliklər;
  • Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair təlimat;
  • Qatarların hərəkət cədvəlinə dair biliklər;
  • Əməyin mühafizəsi, istehsalat sanitariyası, texniki təhlükəsizlik, yanğından mühafizənin norma və qaydalarına dair biliklər.

Vakansiya haqqında

Son tarix

November 2, 2026

Paylaşılıb

oktyabr 19, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat