Qarşılıqlı əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları təhlil etmək və təklif hazırlamaq
Xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək
İş bölgüsünə əsasən icrasına verilmiş sahələr üzrə ikitərəfli və çoxtərəfli komissiyaların və işçi qruplarının sənədlərini hazırlanmaq və aidiyyəti üzrə təkliflər vermək
Digər ölkələrin dəmir yolu fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələri yaratmaq, beynəlxalq təcrübəni araşdırmaq və lazımi arayış, tezis və məlumatları hazırlamaq
Beynəlxalq və regional çərçivədə təşkil olunan tədbirlərdə iştirak etmək, əldə olunmuş təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq
Digər ölkələrin dəmir yolu administrasiyaları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görülməsində iştirak etmək
ADY-nin fəaliyyəti ilə əlaqədar olaraq beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
Beynəlxalq sənədlərin (memorandum, saziş, protokol və s.) layihələrinin hazırlanmasında iştirak etmək;
ADY-nin fəaliyyətinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflər vermək
İş bölgüsünə əsasən icrasında olan sahələr üzrə müvafiq işçi qruplarının işində iştirak etmək
Dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli və çoxtərfli çərçivədə beynəlxalq sənədlərə (saziş, konvensiya və s.) qoşulmağa dair təkliflərin verilməsində iştirak etmək
İkitərəfli və çoxtərəfli çərçivədə yol xəritələrinin, fəaliyyət və tədbirlər planlarının hazırlanmasına dair təkliflərin verilməsində iştirak etmək
Dəmir yolu nəqliyyatının fəaliyyəti ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni araşdırmaq və aidiyyəti üzrə struktur bölmələrin hazırlanmış materiallarla tanış olmasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə)
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
Dil bilikləri: Yüksək səviyyədə ingilis dili və rus dili biliyi (danışıq və yazı bacarığı) üstünlükdür
Azərbaycan Respublikasinin Konstitusiyası üzrə biliklər
"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasinin Konstitusiya Qanunu üzrə biliklər
Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
Dəmir yolu sahəsində qəbul olunmuş qanunvericilik aktları və Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunan beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər
“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları üzrə biliklər
“Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” üzrə biliklər
Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər;