Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Qarşılıqlı əməkdaşlıq şöbəsinin böyük mütəxəssisi

Qarşılıqlı əməkdaşlıq şöbəsinin böyük mütəxəssisi

17-02-2026

1K

Təsvir

  • Qarşılıqlı əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları təhlil etmək və təklif hazırlamaq
  • Xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək
  • İş bölgüsünə əsasən icrasına verilmiş sahələr üzrə ikitərəfli və çoxtərəfli komissiyaların və işçi qruplarının sənədlərini hazırlanmaq və aidiyyəti üzrə təkliflər vermək
  • Digər ölkələrin dəmir yolu fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələri yaratmaq, beynəlxalq təcrübəni araşdırmaq və lazımi arayış, tezis və məlumatları hazırlamaq
  • Beynəlxalq və regional çərçivədə təşkil olunan tədbirlərdə iştirak etmək, əldə olunmuş təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq
  • Digər ölkələrin dəmir yolu administrasiyaları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görülməsində iştirak etmək
  • ADY-nin fəaliyyəti ilə əlaqədar olaraq beynəlxalq layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək
  • Beynəlxalq sənədlərin (memorandum, saziş, protokol və s.) layihələrinin hazırlanmasında iştirak etmək;
  • ADY-nin fəaliyyətinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla qarşılıqlı əməkdaşlığın qurulmasına və mövcud əməkdaşlığın genişləndirilməsinə dair təkliflər vermək
  • İş bölgüsünə əsasən icrasında olan sahələr üzrə müvafiq işçi qruplarının işində iştirak etmək
  • Dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli və çoxtərfli çərçivədə beynəlxalq sənədlərə (saziş, konvensiya və s.) qoşulmağa dair təkliflərin verilməsində iştirak etmək
  • İkitərəfli və çoxtərəfli çərçivədə yol xəritələrinin, fəaliyyət və tədbirlər planlarının hazırlanmasına dair təkliflərin verilməsində iştirak etmək
  • Dəmir yolu nəqliyyatının fəaliyyəti ilə bağlı qabaqcıl beynəlxalq təcrübəni araşdırmaq və aidiyyəti üzrə struktur bölmələrin hazırlanmış materiallarla tanış olmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə) 
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il
  • Dil bilikləri: Yüksək səviyyədə ingilis dili və rus dili biliyi (danışıq və yazı bacarığı) üstünlükdür
  • Azərbaycan Respublikasinin Konstitusiyası üzrə biliklər
  • "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasinin Konstitusiya Qanunu üzrə biliklər
  • Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
  • “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu üzrə biliklər
  • Dəmir yolu sahəsində qəbul olunmuş qanunvericilik aktları və Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunan beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları üzrə biliklər
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” üzrə biliklər
  • Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər;
  • Yazılı ünsiyyət və şifahi ifadə
  • Məlumatların idarə edilməsi
  • Təşkilatçılıq
  • Diqqətlilik

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

fevral 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Hüquq

Oxşar vakansiyalar