Manevr əməliyyatlarını qatar tərtibçisinin rəhbərliyi altında yerinə yetirmək, hərəkət tərkiblərini qatar tərtibçisinin göstərişi ilə açmaq;
Manevr tərkibində vaqonların qoşulmasının düzgünlüyünü yoxlamaq, dəqiq və düzgün işarələr vermək;
Manevr işi prosesində hərəkət tərkibinin hüdud dirəkcikləri arasında dayanmasına nəzarət etmək;
Mərkəzləşdirilməmiş yoldəyişənlərin çevrilməsini yerinə yetirmək, zəruri hallarda hərəkət tərkiblərinin onların bərkidilməsini, tormoz başmaqlarının götürülməsini yerinə yetirmək;
Manevr işinə dair tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək, iş prosesində hərəkətin təhlükəsizliyini, hərəkət tərkibinin və yüklərin toxunulmazlığını təmin etmək;
Qatar tərkibinə yanaşarkən vaqonların qoşulu olmasını, vaqonların altında adam və hərəkətə mane olan əşya olmasını, vaqonda təmir aparılmasını yoxlamaq;
Növbəyə başlamazdan əvvəl öz rayonunun yollarında hərəkət tərkibinin olması və yerləşməsi ilə tanış olmaq, onun bərkidilməsinin etibarlılığını yoxlamaq, rayon üçün müəyyən edilmiş bərkitmə vasitələrinin mövcudluğuna əmin olmaq və yoxlamanın nəticələri barədə qatar tərtibçisinə məlumat vermək;
İş yerini, radiostansiyanı, işarəvermə vasitələrini və ona həvalə olunmuş digər alət və vasitələri təmiz və saz vəziyyətdə saxlamaq;
Tələblər
Təhsil səviyyəsi: Ümumi təhsil;
TİQ, Qatarların hərəkəti və manevr işinə dair təlimatı, işaravermə təlimatı barədə biliklər;
Tormoz başmaqlarının quruluşu, onlardan istifadə qaydaları, mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş yoldəyişənlərin çevrilməsi qaydası və onların yerli idarəetməyə verilməsini bilməli;
Vaqonlar haqqında ümumi məlumat, stansiya yollarının planı, profili, ixtisaslaşması və tutumu barədə məlumat;
Radiostansiyalardan və digər rabitə vasitələrindən istifadə və onların saxlanılması qaydalarını bilməli;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, elektrik və yanğın təhlükəsizliyi norma və qaydaları, dəmir yolu müəssisələrində işçilərin intizam nizamnaməsi baərədə bilməli;