Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Hacıqabul)

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis (Hacıqabul)

Bu gün

205

Təsvir

  • Təlimata uyğun olaraq geyim kodeksinə əməl edərək səliqəli, təmiz şəkildə işi təhvil almaq;
  • İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini aşkar etmək, İstehsalatda baş vermiş bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərinin və vəziyyətini təhlil etmək;
  • Tabe struktur vahidlərinin rəhbərlərinə icbari olaraq əvvəlcədən (işə qəbul zamanı) və dövrü (əmək fəaliyyəti müddətində) tibbi müayinədən keçən işçilərin peşə və vəzifələrinin siyahısının hazırlanmasında, həmçinin qüvvədə olan qanunvericilik əsasında ağır, zərərli və təhlükəli iş şəraitinə görə işçilərə verilən müavinət və imtiyazlara uyğun peşə və vəzifələrin siyahıların tərtib olunmasına kömək etmək;
  • Müvafiq struktru qurumun tabeliyində olan təsərrüfatlarda SƏTƏMM sahəsi üzrə texniki monitorinqlər keçirmək, bu sahədə işlərin icra vəziyyətini araşdırmaq, müvafiq qaydada sənədləşdirilməni həyata keçirmək və aşkar edilmiş noqsanların aradan qaldırılması üçün lazımı tədbirlər görmək
  • Bədbəxt hadisələr və qəza vəziyyəti törədə biləcək işlər üzrə lazımı tədbirlərin həyata keçirilməsinə nəzarət etmək
  • Müvafiq struktur qurumun tabeliyində olan struktur qurumlarda istismar olunan təhlükə potensiallı obyektlərdə Azərbaycan Respublikasının "Texniki təhlükəsizlik haqqında" qanunun və müddəalarının icrası ilə əlaqədar əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tələblərinə riayət olunması və yerinə yetirilməsinə nəzarət etmək
  • Yeni işə qəbul olunanlarla, ezamiyyətə gələnlərə, istehsalat təliminə və ya praktikasına gələn şagird və tələbələrlə əməyin mühafizəsi üzrə giriş təlimatlandırmanın proqramını hazırlamaq və təlimat keçirmək;
  • Əməyin mühafizəsi üzrə təlimatlandırmanın (iş yerlərində ilkin, təkrar, plandan kənar, məqsədli) təlimin və biliklərin yoxlanılmasının təşkilinə metodiki köməklik göstərmək, işçilərin əməyin mühafizəsi üzrə biliklərini yoxlayan komissiyanın işində iştirak etmək;
  • Əməyin mühafizəsi üzrə qanunvericiliyin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməsi, fərdi mühafizə vasitələrinin düzgün tətbiq edilməsi, istehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi uçotunun aparılması haqqında Əsasnaməyə əməl edilməsinə nəzarət etmək; 
  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
  • Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmaq.

Tələblər

  • Təhsil: Ali (müvafiq sahə üzrə) ;
  • Təcrübə: Müvafiq sahə üzrə 1 il təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Rus dili
  • İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipi, texniki və konstruktiv xüsusiyyətləri;
  • ADY üzrə SƏTƏM üzrə mövcud hüquqi və normativ sənədlər;
  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyi;
  • Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları haqqında biliklər.

Vakansiya haqqında

Son tarix

September 14, 2025

Paylaşılıb

sentyabr 2, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Dövlət və sosial xidmətlər