Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
SAP ABAP proqramlaşdırılması üzrə aparıcı mütəxəssis

SAP ABAP proqramlaşdırılması üzrə aparıcı mütəxəssis

Bu gün

51

Hibrid

Təsvir

  • Funksional tələblərin texniki həllərə çevrilməsində iştirak etmək, texniki spesifikasiyaları hazırlamaq və ya nəzərdən keçirmək;
  • WRICEF obyektlərinin (hesabatlar, interfeyslər, məlumat miqrasiyası proqramları, genişləndirmələr, formalar və iş axınları) texniki dizaynını qiymətləndirmək;
  • Standart SAP funksionallığından kənar inkişaf ehtiyaclarını təhlil etmək və alternativ həllər üzrə texniki rəy vermək;
  • Texniki həlləri SAP Clean Core, extensibility və gələcək yeniləmələrə uyğunluq prinsipləri baxımından qiymətləndirmək;
  • Digər SAP modulları və xarici sistemlərlə inteqrasiya tələblərini texniki baxımdan nəzərdən keçirmək;
  • Ehtiyac olduqda ABAP, ABAP Objects, CDS Views, OData xidmətləri, BAdI və SAP Fiori backend komponentləri üzrə inkişaf işləri aparmaq;
  • Vendor tərəfindən hazırlanan kodu nəzərdən keçirmək, aşkar olunan çatışmazlıqlar üzrə rəy bildirmək və texniki qəbul üçün tövsiyələr təqdim etmək;
  • Kodun performans, təhlükəsizlik və inkişaf standartlarına uyğunluğunu qiymətləndirmək, çatışmazlıqların aradan qaldırılmasını izləmək;
  • SAP S/4HANA-nın digər SAP həlləri və xarici sistemlərlə inteqrasiyası üzrə texniki dizaynı nəzərdən keçirmək;
  • API, OData, IDoc, RFC və SAP Integration Suite vasitəsilə qurulan interfeyslərin hazırlanması, test edilməsi və yaranan xətaların aradan qaldırılmasında iştirak etmək;
  • Unit Test və inteqrasiya testlərində iştirak etmək, UAT zamanı yaranan texniki məsələlərin həllinə dəstək vermək;
  • İnkişaf işləri üzrə tapşırıqları, dəyişiklik sorğularını, texniki riskləri və asılılıqları izləmək; layihə rəhbərliyinə müvafiq status məlumatları təqdim etmək;
  • Vendor tərəfindən bilik ötürülməsində iştirak etmək, mənbə kodunun və texniki sənədlərin ADY-yə tam təhvil verilməsini izləmək;
  • Texniki sənədləşməni, inkişaf standartlarını və hazırlanmış obyektlərin reyestrini aktual saxlamaq;
  • Cutover, Go-Live və Hypercare mərhələlərində, eləcə də Go-Live sonrasında insidentlər və dəyişiklik sorğuları üzrə ABAP dəstəyi göstərmək.

Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil;
  • SAP ABAP proqramlaşdırması üzrə minimum 2 il praktiki təcrübə;
  • Xarici dil (ingilis/rus dili) biliklərini üstünlükdür;
  • SAP S/4HANA tətbiqi və ya transformasiyası layihəsində, müştəri tərəfində və ya SAP konsaltinq iş təcrübəsi üstünlükdür;
  • ABAP, ABAP Objects, WRICEF, CDS Views, OData, BAdI/Enhancements, Smart Forms və ya Adobe Forms, IDoc, RFC, Web Services və SAP Fiori backend komponentləri;
  • texniki spesifikasiyaların hazırlanması, code review, debugging, performansın optimallaşdırılması, transport management və inteqrasiya həlləri;
  • SAP Clean Core və extensibility yanaşmaları, ABAP Cloud, RAP, SAP BTP Extension Suite, SAP Integration Suite və SAPUI5;
  • SAP ABAP, SAP S/4HANA Development, SAP BTP və ya əlaqəli SAP sertifikatları üstünlükdür;

Vakansiya haqqında

Son tarix

October 11, 2026

Paylaşılıb

oktyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik