Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Sənədlərlə iş bölməsinin Bölmə rəisi (Sərnişin daşımaları departamenti)

Sənədlərlə iş bölməsinin Bölmə rəisi (Sərnişin daşımaları departamenti)

Bu gün

21

Təsvir

  • Departamentdə kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək;
  • Kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək; 
  • Departamentə daxil olan sənədləri qəbul etmək, Elektron İdarəetmə Sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək; 
  • Departamentdə sənədlərin çevik və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək; 
  • Xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək; 
  • Vətəndaşların təklif, ərizə və şikayətlərinə dair rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində cari nəzarət etmək; 
  • Vətəndaşların qəbulunu təşkil etmək, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Departamentdən xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi geri qaytarmaq; 
  • Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək; 
  • Qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;
  • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatlarla bağlı biliklər;
  • Sənədləşdirmə və hesabatlatın tərtib edilməsi;
  • Kargüzarlıq sahəsində nəzəri və praktiki biliklər;
  • Sənədlərlə iş şöbəsinə aid olan normativ, metodik və digər rəhbəredici materiallarla bağlı biliklər;
  • Xarici dil: Rus və İngilis dili - yaxşı səviyyədə;
  • MS Office proqramları üzrə bacarıqlar: yaxşı səviyyədə;
  • Nəticəyönümlülük;
  • Peşəkar ehtiyatlılıq;
  • Diqqətlilik.

Vakansiya haqqında

Son tarix

June 11, 2026

Paylaşılıb

iyun 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat