Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Sərnişin daşıma proseslərinin təşkili və idarə edilməsi şöbəsinin rəisi

Sərnişin daşıma proseslərinin təşkili və idarə edilməsi şöbəsinin rəisi

Dünən

342

Təsvir

  • Sərnişin daşımaları üzrə xidmətlərin göstərilməsini, o cümlədən sərnişinlərin, poçtun, baqajın və yük-baqajın daşınmasını təşkil etmək, göstərilən xidmətlər üzrə tələbləri və standartları formalaşdırmaq;
  • Sərnişin daşımaları üzrə göstərilən xidmətlərinin tariflərinin, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi ilə bağlı təkliflər vermək, həmin tarif siyasətinin formalaşdırılması ilə bağlı təkliflər vermək və təsdiq edilmiş tariflər üzrə sərnişin daşımaları fəaliyyətini həyata keçirmək;
  • Beynəlxalq sərnişin qatarlarının təyin olunması və ya ləğvi, onların marşrutu, hərəkət qrafiki barədə ADY-nin üzv olduğu bütün təşkilat, komitə və digər qurumlara təkliflər vermək və birgə işləməsində iştirak etmək;
  • Beynəlxalq və ölkədaxili sərnişin qatarlarının, eləcə də şəhərətrafı qatarların hərəkət qrafikinin tərtib edilməsi, onların təyini və ya ləğv olunması, yeni marşrutların açılması barədə təkliflər vermək, həmçinin qatarların sxemlərinin tərtib edilməsini və bu işlərin tətbiqini həyata keçirmək;
  • Müvafiq tapşırıq əsasında ADY-nin üzv olduğu beynəlxalq təşkilatların iclasları üçün ölkədaxili və beynəlxalq sərnişin daşımalarına dair təkliflər hazırlamaq, qarşıya qoyulan tapşırıqların icrasını təmin etmək və tətbiqi ilə bağlı təkliflər vermək;
  • Sərnişin qatarlarının hərəkət qrafikindən çıxma hallarını təhlil etmək və bu halların qarşısının alınması məqsədilə müvafiq tədbirləri görmək;
  • Müvafiq dəmiryol infrastruktur obyektlərində əlavə və yardımçı xidmətlərin təşkili ilə bağlı təkliflər vermək və xidmətlərin həyata keçirilməsi ilə bağlı müvafiq şərait yaratmaq;
  • Müvafiq dəmiryol infrastruktur obyektlərinin fəaliyyətinin yüksəldilməsi istiqamətində səlahiyyətləri daxilində tədbirlər görmək və təkliflər vermək;
  • Sərnişin daşınması üçün gediş sənədinin (bilet) satışını, o cümlədən elektron qaydada rəsmiləşdirilməsini və gediş haqqının ödəniş alətindən istifadə etməklə ödənilməsini təşkil etmək və bu sahədə işləri təkmilləşdirmək;
  • Sərnişin daşımalarının uçotunu və hesabatını aparmaq;
  • Sərnişin daşımaları sahəsində sürətli və yüksək sürətli dəmiryol şəbəkəsinin qurulmasına, dəmiryol nəqliyyatının və əlaqəli xidmətlərin inkişafına dair təkliflər hazırlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • Departamentin ayrı-ayrı struktur bölmələrinin fəaliyyətini tənzimləyən qanunvericilik aktları, normativ və metodiki materiallar və sərnişin daşımaları qaydaları bilməli;
  • Əməyin mühafizəsi norma, qayda və prinsiplərinə dair biliklər Beynəlxalq sərnişin daşımalarına aid razılaşmalara dair biliklər;
  • Sənəd dövriyyəsinə dair biliklər;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydalarına dair biliklər;
  • Xarici dil: Rus/İngilis dili - yaxşı;
  • MS Office - yaxşı;
  • Analitik düşüncə;
  • Planlaşdırma;
  • Diqqətlilik.


Vakansiya haqqında

Son tarix

September 22, 2025

Paylaşılıb

sentyabr 12, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya here

Logistika və nəqliyyat