Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Stansiya növbətçisi-Qəbələ

Stansiya növbətçisi-Qəbələ

Dünən

409

Təsvir

  • Qatarların qəbulu və göndərilməsinə rəhbərlik etmək;
  • İMB qurğusundan istifadə etməklə qatarların qəbul-göndərilməsi və manevr yerdəyişmələrilə əlaqədar marşrutların hazırlanması əməliyyatlarını yerinə yetirmək;
  • Pult tablonun göstəriciləri vasitəsilə və ya icraçıların məruzələri əsasında verilən sərəncamların yerinə yetirilməsinin düzgünlüyünə, stansiya yollarında duran tərkiblərin, vaqonların stansiyanın TSA-da göstərilən qayda və normaya uyğun bərkidilməsini həyata keçirmək;
  • Qatarların hərəkətinin təşkili üzrə qatar dispetçerindən operativ məlumatlar almaq, onun göstərişlərini yerinə yetirmək, qonşu stansiyaların stansiya növbətçiləri, stansiya əhatəsində və stansiyaya yanaşan mənzillərdə olan lokomotiv və digər hərəkət vasitələrinin maşinistləri ilə danışıqlar aparmaq;
  • Qatarları texniki xidmət və kommersiya baxışına təqdim etmək, onların hazırlığına nəzarət etmək;
  • Qatarın qəbul yoluna və marşrutuna çıxan manevrlərin dayandırılmasını və həmçinin hərəkətli heyətin qatarın hərəkət marşrutuna çıxmasını istisna etmək mümkün olmayan yoldəyişənlərin manevr tərkibinin qəbul yoluna çıxmasının mümkünlüyünü təcrid edən vəziyyətdə qoyulmasını və onların qapanmasını təmin etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Orta ixtisas (Müvafiq sahə üzrə);
  • Texniki istismar qaydaları, qatarların hərəkəti və manevr işinə dair təlimat, işarəvermə təlimatı bilmək;
  • Qatarların hərəkət qrafiki, qatarların tərtib olunması qaydaları bilmək;
  • Stansiyanın texniki sərəncam aktı və texnolojı prosesi bilmək;
  • İMB qurğusunun iş prinsipini bilmək;
  • Diqqətlilik;
  • Peşəkar ehtiyatlılıq;

Vakansiya haqqında

Son tarix

mart 9, 2025

Paylaşılıb

fevral 27, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat