Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Təlim və inkişaf üzrə mütəxəssis

Təlim və inkişaf üzrə mütəxəssis

Dünən

49

Hibrid

Təsvir

  • Təlim və İnkişaf Mərkəzinin gündəlik fəaliyyətinin təşkilini və təlim proseslərinin koordinasiyasını həyata keçirmək;
  • Şirkətin struktur bölmələrindən fərdi inkişaf planlarını toplamaq, təlim ehtiyaclarını təhlil etmək və icrasını koordinasiya etmək;
  • Təlim ehtiyaclarına uyğun vendor şirkətləri araşdırmaq, onlarla əməkdaşlıq əlaqələri qurmaq və görüşləri təşkil etmək;
  • Təlimlərin təşkili ilə bağlı müvafiq sənədləri hazırlamaq, təlim prosesinin inzibati işlərini və hesabatlılığını təmin etmək;
  • Daxili təlimçilərin seçilməsi, inkişafı və fəaliyyətinin koordinasiyasını həyata keçirmək, daxili təlim proqramlarının hazırlanmasını və mütəmadi yenilənməsini təmin etmək;
  • Təlim xidmətləri üzrə müqavilələrin icrasını və ödəniş proseslərini aidiyyəti struktur bölmələri ilə koordinasiya etmək;
  • Təlim və inkişaf proqramlarının effektivliyini qiymətləndirmək, iştirakçı rəylərini və nəticələri təhlil edərək təkmilləşdirmə təklifləri hazırlamaq;
  • Rəqəmsal öyrənmə platformalarının (LMS və digər öyrənmə alətləri) idarə olunmasını, istifadəçi aktivliyinin monitorinqini və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
  • Universitetlər, təhsil müəssisələri və digər tərəfdaş təşkilatlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək;
  • Aylıq, rüblük və illik fəaliyyət hesabatlarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
  • Təlim və İnkişaf Mərkəzinin layihələrinin planlaşdırılması, icrası və monitorinqində aktiv iştirak etmək;
  • Təlim və inkişaf sahəsində bazar tendensiyalarını, yeni metodologiyaları və innovativ öyrənmə yanaşmalarını izləyərək tətbiqi ilə bağlı təkliflər vermək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • Xarici dil (İngilis/Rus dili) bilikləri üstünlükdür;
  • Təlim və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə praktiki təcrübə;
  • Təlimlərin effektivliyinin keyfiyyət və kəmiyyət göstəriciləri əsasında qiymətləndirilməsi bacarığı;
  • İnsan resursları idarə edilməsi və təlim/inkişaf modulu haqda nəzəri və praktiki biliklərə sahib olmaq;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və maraqlı tərəflərlə əməkdaşlığın idarə edilməsi bacarıqları.

Vakansiya haqqında

Son tarix

August 2, 2026

Paylaşılıb

iyul 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə