Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Texniki istehsalat bölməsi üzrə Mühəndis (Kürdəmir)

Texniki istehsalat bölməsi üzrə Mühəndis (Kürdəmir)

03-02-2025

376

Təsvir

  • Yol sahəsinin texniki işlərinin, planlaşdırılmış tədbirlərin icra olunmasına, yerinə yetirilməsinə nəzarət etmək;
  • Sahə ərazisində qatarların buraxıla bilən hərəkət sürətlərini təyin etmək;
  • İllik xidməti ərazi üzrə texniki pasportu hazırlamaq, PO-6 (yol hesabatının qediyyat kitabçası) hesabatını hazırlamaq;
  • Lazım olan texniki məlumatları, işin göstəricilərini və nəticələrini öyrənmək və təhlil etmək, onları ümumiləşdirmək və sistemləşdirmək, müasir texniki vəsaitlərdən istifadə etməklə zəruri olan hesabatları hazırlamaq;
  • Dalan yolların sayı, onların sənədləşməsi və yol sxemi hesabatını tərtib etmək;
  • Yol sahəsinin texniki pasportlaşma işinin təşkili, tərkibində stansiyanın sxeminin dəyişməsinə nəzarət, saz vəziyyətdə olan və tikintisi icra edilmiş yolların hesabını, rels-şpal-ballast xəritəsinin tərkibində cədvəl tərtib etmək;
  • Yolun əsaslı təmir işlərini sənədləşdirmək;
  • Binaların və tikililərin, mühafizə olunan və olunmayan keçidlərin, süni qurğuların smeta-layihə sənədlərini hazırlamaq;
  • İstehsalat qəzalarının araşdırılması üçün sənədlər hazırlamaq;
  • Yolun üst qurluşunun, torpaq yatağının, süni qurğuların və digər obyektlərin qəbul edilməsində müvafiq sənədləri hazırlamaq

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə Ali təhsil
  • Ms Office proqramları bacarıqları
  • Texniki sənədlərin oxunması və şərh edilməsi bacarığı;
  • Dəmiryol işarəvermə təlimatları və qatarların hərəkəti üzrə biliklər;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və yol hərəkətinin normaları üzrə məlumatlılıq.


Vakansiya haqqında

Son tarix

fevral 23, 2025

Paylaşılıb

fevral 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat